Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76227
az

3 minlik tələb - Rəşad Dağlının qətl törətməsinin əsas səbəbi bəlli oldu

18:1910 Noyabr, 2022
1920
CƏMİYYƏT
  • A

3 minlik tələb - Rəşad Dağlının qətl törətməsinin əsas səbəbi bəlli oldu

Tanınmış meyxanaçı Rəşad Dağlının qətl törəməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

Oxu24.com  Bakupost-a istinadən xəbər verir Rəşad Dağlı və qətlə yetirilən İskəndər Mehdiyev arasında münaqişəyə narkotik satanlarla bağlı meyxananın, daha dəqiqi, bu meyxanaya görə İskəndər Mehdiyevin söyüş söyməsinin səbəb olduğu bildirilsə də, əslində onların arasında münasibətlər bu olaya qədər gərginləşib.

Məlumatlı mənbənin bildirdiyinə görə, uzun illərdir dostluq edən Rəşad və İskəndərin münasibəti pul məsələsinə görə korlanıb. Belə ki, qətldən bir neçə gün öncə İskəndər Rəşaddan 3 min manat pul istəyib. Hətta İskəndərin bu istəyini xahiş yox, tələb kimi irəli sürdüyü və son günlər bu tələbi bir neçə dəfə səsləndirdiyi bildirilir. Rəşadın ona hər dəfə "yox" cavabı verməsi isə İskəndərin xoşuna gəlməyib.

Mənbə onu da bildirib ki, bundan sonra İskəndər Rəşadın narkotik satanlarla bağlı meyxanasına "ilişib" və onun ünvanına söyüş söyüb. Bu isə Rəşadı özündən çıxaran "son damla" olub.

Bu hadisədən sonra tərəflər münasibətlərini aydınlaşdırmaq üçün görüşüblər. Aralarında yaranan mübahisə zamanı Rəşad İskəndərin ürək nahiyəsinə 9 bıçaq zərbəsi vurub. Nəticədə o, ölüb. Qətli törədən Rəşad Dağlı isə könüllü Yasamal polisinə gələrək təslim olub.

Xatırladaq ki, İskəndər Mehtiyev 15 gün əvvəl həbsdən çıxıbmış. O, Cinayət Məcəlləsinin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə ittiham olunaraq, həbs edilib.

İskəndər Mehdiyevin digər məşhur meyxana ustası Ələkbər Yasamallının dayısı oğlu olduğu bildirilir.

Hazırda onun qətli ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləyin sürəti Bakı və Abşeron yarımadasında 27 m/s təşkil edir -FAKTİKİ HAVA
Müsabiqə elan olundu: Qalibə 1500 manat veriləcək
İki hərbçimiz həlak oldu

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Futbolda şok yaşandı: Polis qapıçını güllələdi +VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü