Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76200
az

ABŞ Rusiyanın nə qədər əsgərinin öldüyünü açıqladı

11:4710 Noyabr, 2022
118
DÜNYA
  • A

Ukraynadakı müharibədə Rusiya Silahlı Qüvvələrinin 100 mindən çox hərbçisi ölüb və yaralanıb.

Oxu24.com  BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ qərargah rəisləri birliyi komitəsinin başçısı general Mark Milli Nyu-Yorkada İqtisadi klubda çıxışında bildirib.

Mark Milli Ukrayna silahlı qüvvələrinin də Rusiya qədər itki verdiyini ehtimal edir.

Onun sözlərinə görə, Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynanın 40 minə yaxın dinc sakini ölüb.

Qeyd edək ki, Ukrayna Baş Qərargahının noyabrın 9-na olan məlumatına əsasən Rusiya 77 mindən çox hərbçi itirib.

Rusiyanın Müdafiə Nazirliyi isə sonuncu dəfə sentyabrın 21-də itkilərinin sayını açıqlayıb. Həmin vaxt nazirlik 5 937 hərbçisinin öldüyünü bildirmişdi.

BBC-nin apardığı araşdırmaya əsasən, Ukraynada Rusiyanın 6 200-dən çox hərbçisi ölüb. Agentlik bu rəqəmin də reallığı əks etdirmədiyini vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çarlz III xərçəng müalicəsinin xoşagəlməz nəticələrindən danışdı
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Litvada  Rusiyaya daşınan iki Tesla Cybertruck saxlanılıb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər