Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7615
az

Evinə qız gətirən dostunu öldürdü - Azərbaycanda dəhşətli qətl +VİDEO

15:5203 Dekabr, 2018
1037
KRİMİNAL
  • A
ARB TV-nin “Rezonans” proqramı bu dəfə onun evinə yanlış məqsədlər üçün gələn tanışını ödürərək ömürlük həbs cəzası alan Cansail Həsənovun həyatını işıqlandırıb.

Cansail Həsənov – Məhkum (Cəzası – Ömürlük həbs): “1955-ci ildə Balaxanıda olmuşam. Cinayəti də evimdə törətmişəm. Gecə vaxtı yatdığım yerdə çağırdılar. Qonaq adı ilə tanıdığım adam gəlib. Sonradan dedi ki, tək deyiləm. Dedim yarım saatdı oturmusan burda, necə tək deyiləm. Dedi ki, qadındı. Ona qayıdıb demişəm ki, bura olmaz çıx get. Mübahisə düşdü. Söyüb danışmamışam, çıxartmışam çölə. Ağır söyüşlər söyüb, demişəm içkilidir, eybi yox. Yarım saatdan çox sakitləşdirə bilməmişəm. Əl atıb vurdu. Mən də özümdən asılı olmayaraq vurmuşam onu. Heç kimə sataşmamışam, heç kimin qarşısını kəsməmişəm. Evimin içində ağır söyüşlər söyüb. Kim dözər? Bir gün evdə baxıblar ona, bir gündən sonra xəstəxanada əməliyyat olub. 3-4 gün yaşayıb. Məhkəmədə bildim ki, qazlı su içib yaraları partlayıb. 3 gün ərzində hamıyla görüşüb sağollaşdım. Sonra evə gələndə gördüm ki, polis falan hamısı orada durub. Heç məni tanımayıblar. Siqaret falan çəkmişəm. Sonra dedim ki, mənim arxamca gəlmisiz? Dedilər nə yaxşı qaçmadın? Dedim hara gedəcəm? Getsəm yenə gəlməli olacam da! Onlarla çıxıb getmişəm. Cinayət məcəlləsində 15 ilədək idi. 18 il iş kəsmişdi. 18 il olmadığına görə mənə ömürlük  verdilər. Bu qədər ağır cəza olmamalı idi. Heç kimə də şikayət etmirəm. Nə deyim? Bilərəkdən öldürməmişəm. Mənim evim ona görə nədi? Həbsdə olduğum müddətdə atam, anam, 2 əmimi, cavan qardaşımı, dayımı, dayım oğlunu, 2 xalam oğlunu itirmişəm. O vaxt məni öldürsəydilər bundan yaxşı idi”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO