Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76129
az

"Ermənistan sülh istəmir"

13:3509 Noyabr, 2022
155
SİYASƏT
  • A

Ermənistan sülh istəmir. O, yenidən revanşist ideyalarla yaşayır, danışıqların imitasiya praktikasından istifadə edir".

.OXU24.COM APA-ya istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

Səfir qeyd edib ki, işğalın ağır nəticələrinə baxmayaraq, Azərbaycan suverenliyin və ərazi bütövlüyünün, habelə beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınma və hörməti əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı olub və ölkələrimiz arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu dəfələrlə bəyan edib.
Ətraflı
Ad - 00:01

Eyni zamanda iki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılması üçün səylər göstərib:

"Müharibənin başa çatmasından iki il sonra Azərbaycan bir daha əmin olmuşdur ki, Ermənistan sülh istəmir, o, yenidən revanşist ideyalarla yaşayır, danışıqların imitasiya praktikasından istifadə edir və üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə, onlardan boyun qaçırır, təxribatlara əl atır, silahlı birləşmələrini Azərbaycanın suveren ərazisindən çıxartmır, əraziləri yenidən minalayır və bununla da regionda sabitlik və təhlükəsizliyə yeni təhdidlər yaradır",- deyə Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik missiyasının rəhbəri vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev Ermənistanla sülhə maneələrdən DANIŞDI Ermənistanla sülhə maneələrdən DANIŞDI
"Konstitusiya dəyişikliklərinin zəruri olacağı vəziyyətlə üzləşəcəyik" -Paşinyan ELAN ETDİ
Paşinyan BMT-də SÜLHDƏN DANIŞDI: "Nəinki mümkündür, hətta..."

Bakıda “iPhone 16” bu mağazada satılır - QİYMƏT

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü