Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7612
az

Türkiyənin Azərbaycana satdığı raket sistemi: 40 km uzaqlıqdan Ermənistanı vurmaq olacaq +VİDEO

13:1603 Dekabr, 2018
2324
HƏRBİ
  • A
Azərbaycan Ordususunun silahlanmasında Türkiyənin də mühüm rolu var. Azərbaycan və Türkiyə dövlətləri arasında hərb sahəsində dərin əlaqələr mövcuddur. Xüsusilə Azərbaycan Türkiyədən uzaq mənzilli raket sisteləri alır. Oxu24.com Türkiyədən alınan  T-107 və T-122 “Sakarya” reaktiv atəş sistemləri barədə məlumatı təqdim edir:

 T-107 və T-122 “Sakarya” reaktiv atəş sistemlərini  hələ  2013-cü ildən  silahlanmaya daxil edilib.

Qeyd olunan reaktiv  atəş sistemlərinin  Azərbaycan  və  Birləşmiş  Ərəb  Əmirliklərinin Ordularında  silahlanmaya qəbul olunduğu  qeyd olunur.
ROKETSAN  istehsalı  olan  107 mm-lik T-107 reaktiv yaylım atəş sistemi artilleriya və piyada birlikləri tərəfindən hər cür hava şəraitində istifadə edilə bilən  silah sistemidir. T-107 ROKETSAN tərəfindən istehsal olunmuş artırılmış mənzilli raketlərdən atəş açır və klassik raketlərdən 50% uzaq – 11 km məsafədəki hədəflərə qarşı təsirli atəş gücünə malikdir.

T-122 “Sakarya” sistemi isə ROKETSAN tərəfindən hazırlanmış 122 mm-lik artırılmış mənzilli raketlərdən atəş açır.
 Qeyd edək ki, bir T-122 “Sakarya” sistemi ilə düşmənin 40 km uzaqlıqdan bir taborunun cəmləşmə rayonunu məhv etmək olar.

Bu isə Azərbaycan ordusunun  mövcud  9K51 “Qrad” qurğularında tətbiq olunan raketlərin atış məsafəsindən təxminən iki dəfə çoxdur. Ordumuzda, həmçinin ROKETSAN  şirkətinin  istehsalı  olan TR-107 artırılmış mənzilli raketlərdən də istifadə olunur. TR-107 raketlərinin atış mənzili 11  km  təşkil  edir ki, bu MDV məkanında geniş yayılmış Rusiya və Ukrayna istehsalı olan raketlərin atış mənzilindən 3-4 km çoxdur. TR-107 raketləri atış mənzilinə, dəqiqliyinə və dağıdıcı gücünə görə öz sinfində ən mükəmməl və dünyada qəbul edilən raketlərdən hesab olunur. Qəlpə-fuqas döyüş başlığına sahib olan bu raket uzaq məsafədəki kiçik hədəflərə qarşı da effektiv tətbiq oluna bilir. Raketin ağırlığı 19.5 kq, döyüş başlığı 8.4 kq, döyüş başlığının dağıdıcı radiusu isə 14 metrdir.

Son illərdə Türkiyədən aldığımız dağıdıcı silahlardan biri də 105-130 km-lik TR-300 “Qasırğa” raketləridir. Azərbaycanın Müdafiə Nazirliyinin Türkiyənin ROKETSAN şirkətinə sifariş verdiyi “Qasırğa” komplekslərinin çatdırılmasına 2014-cü ilin sentyabr ayında başlanıb və proses 2016-cı ildə yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı onu idarə edən heyətə müvafiq təlimlər keçirilib.


KamAZ avtomaşınlarının şassisi üzərində yerləşən Azərbaycan “Qasırğa”ları universal dizayna malikdir.  Bu raketlərin atış mənzili 130 kilometr məsafədir. GPS və İNS naviqasiyasına malik bu raketin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. Raketin uzunluğu 5.24 metr, ağırlığı isə 585 kiloqramdır. “Qasırğa” ilə nəinki İrəvanı, Ermənistanın dərinliyindəki istənilən təhlükə yaradan hədəfləri məhv etmək olar. Bununla həmçinin Naxçıvandan Qarabağdakı erməni hədəflərinə də zərbələr endirmək mümkündür.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Türkiyənin “Otokar” şirkətindən aldığı “Cobra”, ZPT“Land Rover Defender” tipli hərbi nəqliyyat vasitəsi DSX-nın döyüş sıralarına daxil edilib. Bu döyüş texnikaları müxtəlif hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir və ən müasir silahlarla təchiz olunub. Yüksək performansı ilə seçilən 4-4 təkər formuluna malik “Cobra” 9 nəfər heyəti daşımaq imkanına malikdir. 110 km/saat sürətlə hərəkət edən “Cobra” birbaşa 752 km məsafə qət edə bilir.

Döyüş maşını heyəti mina partlayışlarından qoruya bilir. "Cobra" tipli maşınlar DŞK tipli 12.7 mm-lik ağır pulemyot, 7.62 mm-lik yüngül pulemyot və “Skif” tipli tank əleyhinə idarə olunan raketlərlə silahlandırılıb. Şəxsi heyətin, çevik qüvvələrin çətin relyefli ərazilərə daşınması üçün nəzərdə tutulan yüksək manevr imkanlarına malik “Land Rover Defender” tipli döyüş maşınları isə yüngül atıcı silahlarla silahlandırılıb.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sərhədçilərimiz halı pisləşən erməni uşağa belə kömək etdilər - FOTO
Azərbaycan yeni silah aldı: Xarici ölkədən  edilən istənilən hücumu dəf edəcək
Azərbaycanın lazer yönləndirməli aviasiya bombası hazırdır -Ermənistan saniyədə külə dönə bilər

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü