Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76071
az

Uşaqlarda pnevmoniyanın səbəbləri

21:1608 Noyabr, 2022
113
CƏMİYYƏT
  • A

Pnevmoniya - ağciyərlərin iltihabi xəstəliyidir. Uşaqlar arasında pnevmoniyaya kifayət qədər tez-tez təsadüf edilir. Bu xəstəlik ağırlaşaraq bir çox fəsadlarla, hətta uşağın ölümü ilə də nəticələnə bilər. Bir çox hallarda pnevmoniya xəstəxana şəraitində müalicə olunur.

OXU24.COM medicina.az-a istinadən bildirir ki, uşaqlarda anemiyalar, raxit, immunitetin zəif olması, xroniki tonzillit, pis qidalanma və s. kimi mənfi hallar pnevmoniyanın inkişafına şərait yarada bilər.

Pnevmoniya zamanı hərarətin uzunmüddətli (3 gündən artıq) qalxması müşahidə olunur. Qalxmış hərarəti heç bir qızdırma əleyhinə preparatlarla salmaq mümkün olmur.

Bununla yanaşı, xəstədə təngnəfəslik, ağız ətrafında sianoz (göyərmə), halsızlıq, süstlük, iştahanın kəskin surətdə azalması, nəfəsalma zamanı döş qəfəsində ağrılar, get-gedə artan öskürək də əmələ gəlir. İfraz olunan açıq rəngli bəlğəm sonradan selikli-irinli şəkil alır.

Bu simptomlar əmələ gələn kimi təcili olaraq həkimə müraciət etmək lazımdır. Tənəffüs çatışmazlığı əlamətləri başladığı halda isə gecikdirmədən təcili yardım çağırmaq tələb olunur.

Xəstəliyin gedişatı ağır olaraq qalmaqda davam edərsə, uşağı xəstəxanaya yerləşdirmək lazımdır. Vəziyyəti çox da ağır olmayan uşaqları isə evdə, həkim nəzarəti altında müalicə etmək olar. Xəstəliyin ilk günlərində uşaq yataq rejimində olmalıdır. Uşağın yataq otağı hər gün silinməli, havası tez-tez dəyişilməlidir. Uşağın yeməyi ilıq və yüngül olmalıdır. Onu zorla yedizdirməyin! İntoksikasiyanın qarşısını almaq üçün ona düzgün şəkildə maye verilməlidir. Ona çəkisindən asılı olaraq gündə 1-2 litrə qədər limonlu çay, su, quru meyvələrin dəmləmələri içizdirilməlidir.

Müalicə kompleks şəklində aparılır (antibiotiklər, virusəleyhinə, iltihabəleyhinə, bəlğəmgətirici preparatlar, inhalyasiyalar və s.). Müalicə fərdi şəkildə pnevmoniyaya səbəb olan törədicidən (mikrob, virus, göbələk) asılı olaraq seçilir. Müalicə zamanı fizioterapiya (maqnototerapiya, elektroforez, döş qəfəsi massajı, xüsusi tənəffüs gimnastikası) böyük rol oynayır.

Pnevmoniyanı heç bir xalq təbabəti üsulları ilə müalicə etmək mümkün deyil! Bu yalnız xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XİN çağırış etdi - Bu ölkəyə getməyin
Makron onlara möhtac qaldı: Bu tədbirləri həyata keçirmək üçün danışıqlar aparır
35 yaşlı kişi öldürüldü - Qonşusu tutuldu

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü