Azərbaycanda uşaq bağçalarından birində Zəfər Günü ilə bağlı keçirilən tədbirdən görüntülər yayılıb. Görüntülərdə Vətən müharibəsində yaralanmış qaziləri canlandırmaq üçün uşaqların müxtəlif orqanları - ayaqları, başları, qolları sarınıb. Əllərində əsa ilə axsaya-axsaya meydana çıxan uşaqlar qaziləri təmsil ediblər.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülər sosial şəbəkədə hiddətlə qarşılanıb. Uşaqların Zəfər Gününü bu şəkildə qeyd etməsi tənqid olunub.
Görüntülərin hansı məktəbəqədər təhsil müəssisəsində çəkildiyi məlum deyil.
Həmin görüntüləri təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR