Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7595
az

“Bakını “İsgəndər” raketləri ilə vurmaq lazımdır”- ŞOK sözlər+VİDEO

00:0503 Dekabr, 2018
888
DÜNYA
  • A
 Məlum olduğu kimi, bir neçə gündür ki, İrəvanda “Lazarev klubu” adı altında Rusiyanın və Ermənistanın nümayəndələri iclaslar keçirməkdə davam edir.

Bu klubun mahiyyəti bütövlükdə Azərbaycan və Türkiyənin əleyhinə yönəldiyi, iki ölkə arasında yaranmış yüngül sərinliyi aradan qaldırmağa xidmət etdiyi məlumdur.

Oxu24.com  xəbər verir ki, Rusiya və Ermənistan siyasi xadimlərinin növbəti, bu günkü iclasında MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev Azərbaycanı hədələyən bir çıxış edib.

Bütövlükdə Azərbaycan əleyhinə olan bu çıxışın hədələyici və təhlükəli tərəfi ondadır ki, Rusiyanın nümayəndəsi, Rusiya prezidenti Vladimir Putinin yaxın adamı kimi tanınan Vladimir Yevseyev Azərbaycana dərs vermək üçün, “Bakını “İsgəndər” raketləri ilə vurmağı təklif edib! Məhz Bakını ...

Yevseyev bildirib ki, məqsəd bir daha Aprel döyüşləri kimi hadisənin təkrar olmamasıdır. Azərbaycanın əldə etdiyi ”Polonez” raket kompleksinin “İsgəndər”lə müqayisə olunmadığını qeyd edən Rusiyanın rəsmi nümayəndəsi Vladimir Yevseyev Azərbaycanın İsraildən aldığı silahların da “İsgəndər” qarşısında tab gətirməyəcəyini vurğulayıb.

Dağlıq Qarabağ ətrafındakı rayonların təhlükəsizlik zolağı olduğunu qeyd edən Rusiya rəsmisi bir rayonun da verilməməsini xüsusi vurğulayıb və əks təqdirdə bunun gələcəkdə Azərbaycanın əl-qolunun açılması kimi dəyərləndirib.

Rusiya MDB ölkələri institutunun direktor müavini Rusiya siyasətinin önəmli fiqurlarındandır və Azərbaycana düşmən mövqedə dayanan bir ölkə olduqlarını açıq söylədi. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Millsin “Ermənistanda heç kim ərazi qaytarmaq haqqında düşünmür” məlum bəyanatı bir daha onu göstərir ki, İrəvana bu paslar məhz Moskvadan gəlir. Biz də Bakıda 340 rus məktəbinin olması ilə fəxr edirik. Üç ali məktəbinin filialını açıb, üçünü də gətirməyi planlaşdırdığımızı bəyan edirik. Düşmənin bütün dünyada təcrid edildiyi vaxt, biz hansı səbəbdən qucaq açmışıq? Buna cavab verilməlidir!

Azərbaycan XİN, Azərbaycan rəhbərliyi təcili Vladimir Yevseyevin çıxışına kəskin etirazını ən yüksək səviyyədə bildirməli, Müdafiə Nazirliyi də öz mövqeyini bəyan etməli, digər zəruri diplomatik addımlar atılmalıdır. Bu barədə daha ətraflı mövqe bildiriləcək.

Sonda Yevseyevin çıxışını təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ciorcia Meloni Azərbaycana gəldi
Netanyahu İran xalqına ÇAĞIRIŞ ETDİ: "Xamenei rejimini daha çox qorxudan bir şey var"
Almaniyaya uçan təyyarədə HƏYƏCANLI ANLAR -Çox sayda xəsarət alan var

Belçikanın Baş naziri bulvarda qaçdı- Fotolar

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
"Real"ın 19 yaşlı futbolçusu karyerasını bitirdi
Qaxda ağır qəza - Azyaşlı öldü