Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75928
az

Qaraciyərin Öldüyünü Göstərən 14 Əlamət! - MÜTLƏQ İZLƏ

21:5806 Noyabr, 2022
1710
TİBB
  • A

Bu gün qaraciyərdəki  problemlərdən xəbər verən bir neçə əlamət haqqında danışacağam. İnanıram ki, verdiyim məlumatlar sizə qaraciyərinizi qorumaqda kömək edəcək.  Qaraciyərin ən böyük daxili orqan olduğunu artıq hamı bilir. Onun vacib funksiyası haqqında da məlumatlıyıq. Yad maddələri orqanizmdən xaric edən, hormonların tənzimlənməsində böyük rolu olan, enerji ehtiyatımızın və vitaminlərin qorunub saxlanılmasını təmin edən, qan  dövranında iştirak edən qaraciyərimizin işi sadaladıqlarımla bitmir. Buna görə də, qaraciyərin xəstələnməsi bütün orqanizmə təsir edir.

Orqandakı problemlər ağrı reseptorlarını həmən aktivləşdirmir. İnsan yalnız o zaman ağrı hiss edir ki, qaraciyərdəki xəsarətlərin həcmi böyük olur.  Qaraciyərimizi qorumaq üçün ağrılı mərhələyə çatmamış müəyyən simptomlara diqqət yetirməliyik. Çünki bu orqanın sağlamlığı sağlam yaşamağın açarıdır. Sirr isə problemlər haqqında bəribaşdan bilmək və vaxtında müalicəyə başlamaqdadır. 
Qaraciyərdə problem olduğunu göstərən əlamətlər
Orqandakı əksər problemlər gözlə görülmür və hiss edilmədən xroniki şəkildə irəliləyir. Yalnız laboratoriyada aparılan analizlər problemin həcmini dəqiq şəkildə bilməyə imkan verir.  Amma mütəmadi olaraq, qaraciyərimizin sağlamlığını yoxlamaq şansımız da var. Bütün digər orqanlarda olduğu kimi, yaxşı olar ki, qaraciyərdəki problemlər böyüməmiş ondan xəbər tutaq. Ən kiçik “xəbərdarlığı” belə, görməzdən gəlməməliyik.  Məhz buna görə, bugünkü videonu həmin xəbərdarlıqlara ayırdım. 
1. Dəridə qaşınma və soyulma.  Bilirik ki, öd suyunu qaraciyər istehsal edir.  Öd suyunun həzm prosesindəki önəmli yeri barədə başqa bir  videoda daha ətraflı danışacağam. İndi, sadəcə, qeyd etmək istəyirəm ki, öd suyu olmasa, həzm prosesi iflasa uğraya bilir. Öd suyu qaraciyərdə istehsal olunduqdan sonra kanal vasitəsilə öd kisəsinə axır. Qaraciyərin işində hansısa kiçik axsaqlıq olarsa, öd suyunun axması damcı şəklinə keçir, yaxud dayanır. Bu da həzm zamanı öd suyu çatışmazlığına gətirib çıxarır.  Dəridə qaşınma və soyulma öd suyu əksikliyinin ilkin əlamətlərindəndir. Hərdən qaşınan və soyulan nahiyədə ağrı da hiss edilir. Bəs, qaraciyərdə nə baş verir ki, bu hallar meydana çıxır? Əlamətlərin “haqqında danışdığı” problemlərdən biri qaraciyərin həddən artıq yüklənməsidir. İkincisi isə, öd suyunun orqanın toxumalarında yığılmasıdır. Qaraciyər səbəbilə yaranan qaşıntılar ayaqların altında, ovucların içində,  əlin üstündə, hətta kürəkdə də ola bilər. Profilaktik tədbirlərdən ən əlçatanı axşamlar yemək əvəzinə meyvə-tərəvəz yemək və yatmazdan əvvəl qaynar su ilə duş almaqdır. 
2. Dəridəki dəyişikliklər. Qaraciyərin problemindən xəbər verən digər “dəri siqnalı” isə qəfildən peyda olan ləkələr, səbəbsiz hematomalardır. Bundan əlavə, dəridə köpmələr, kiçik, sarı, yaşıl rəngli qabarmalar yaranması da oxşar əlamətlərdir. Ovuc içində qızarmalar və temperaturun artması da qaraciyərin xəstələnməsi haqqında xəbərdarlıqdır. Qaraciyərinizi müalicə etdirsəniz, bütün bu dəyişikliklərin yoxa çıxdığını görəcəksiniz. 
3. Dabandakı çatlar. Qaraciyərin istehsal etdiyi öd suyu orqanizmdə yağ turşularının, E, C, A, B3 vitaminlərinin işlənməsini təmin edir. Bu vitaminlər dərinin qan dövranı və tonusu üçün çox vacibdir. Əgər qaraciyər düzgün işləmirsə, yaxud iş qabiliyyəti aşağı düşübsə, öd suyu lazımi keyfiyyətdə olmur. Və bu da yağ turşularının, vitaminlərin düzgün işlənməməsinə  gətirib çıxarır. Orqanizm ehtiyacı olanlardan kəm qalır və quruyur. Zamanla da çatlayır,  soyulur.  Bu zaman düzgün qidalanmaq və orqanizmi susuz qoymamağa çalışmaq lazımdır. Rasiona göyərtilərin, tərəvəzlərin, giləmeyvələrin və dənli bitkilərin daxil edilməsi də mütləqdir. 
4. Şişkinliklər.  Qaraciyərdə yaranan problemlər bərabərində böyrək çatışmazlığı və ya qan dövranının pozulmasını da gətirə bilir.  Süzülmə prosesinin düzgün getməməsi duzların dərialtı toxumalara yığılmasına səbəb olur. Bu da, xüsusilə, ayaqlarda şişkinliklər yaradır. 
5. Saç tökülməsi. Qaraciyərdəki problemlərin saç tökülməsini sürətləndirdiyi qeyri-adi hadisə deyil.  Demək olar ki, orqanizmin qidalanması üçün bütün lazımi elementlərin emalına qaraciyər məsuldur. Əgər qaraciyərin işində axsamalar varsa, demək, orqanizm lazımi qədər qidalana bilmir. Bu da yaraların gec sağalması, saçların tökülməsi, dırnaqların qırılması ilə özünü biruzə verir. 
6. Tərləmələrin intensivliyi. Qaraciyər zərərli maddələrlə yüklənməyə məruz qalarsa, onun iş sürəti artır. Bu da orqanizmin temperaturunun artmasına, nəticədə də, intensiv tərləmələrə səbəb olur. 
7. Daimi yorğunluq. Qaraciyər toxumalarında zərərli maddələrin miqdarı yüksəkdirsə, orqanizm bütün gücü ilə onun təmizlənməsinə çalışır. Bu da insanda yorğunluq hissi yaradır. Yorğunluq elə bir hal alır ki, yaxşı bir istirahətdən, bərk yuxudan sonra da keçib getmir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ