Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75895
az

ŞOK! Ukrayna İranı vurmağa hazırlaşır

23:4005 Noyabr, 2022
674
  • A

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak dron istehsal edən İran zavodlarına zərbə endirməyi təklif edib.

“Report” xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi Vahid Ukrayna telemarafonunun efirində bildirib.

M.Podolyakın fikrincə sanksiya və embarqo Tehranı cəzalandırmaq üçün yetərli olmayacaq. O hesab edir ki, İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçan aparatları tədarükünü etiraf etməsi mənasız görünür:

“Dronların Rusiyaya ötürülməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni müharibədən əvvəl mindən çox pilotsuz uçan aparatı təhvil vermişdilər, yalnız rusiyalılar döyüş meydanında müharibəni praktiki olaraq uduzduqdan sonra istifadə etməyə başladılar. Yəni kritik infrastrukturumuzu dağıtmaq əvəzinə 8 ay anbarlarda qalmışdılar?”.

O həmçinin İranın dronları tədarük etdiyinə görə cəzalandırılmasını istəyib.

“Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Zənnimcə, dronların və ballistik raketlərin istehsalına və s.-ə görə konkret zərbələr endirmək olardı. Belə bir dövlət cəzasız bunu davam etdirə bilməz”, - M.Podolyak bildirib.

Xatırladaq ki, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyaya dronlar verdiyini, lakin bunu Rusiyanın genişmiqyaslı işğalından bir neçə ay əvvəl etdiyini etiraf edib.

Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko buna cavab olaraq vurğulayıb ki, Ukrayna yalnız faktlara güvənməyə öyrənib.

Ukrayna Prezidenti Volodimir Zelenski iranlı nazirin sözlərinin yalan olduğunu bildirib. O qeyd edib ki, terrorçulardan və ya onların ortaqlarından heç biri cəzasız qalmayacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib
Makron bu xəbərdən şoka düşüb
Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi