Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75791
az

Bakıda su hovuzu təhlükə mənbəyinə çevrilib - VİDEO

19:1904 Noyabr, 2022
118
CƏMİYYƏT
  • A

Paytaxtın Xətai rayonu, Cavanşir küçəsi 100 ünvanında yerləşən qapalı hovuzun ağzı açıq qalıb. Bu isə təhlükəli vəziyyət yaradıb.

OXU24.COM  Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dərinliyi bir neçə metr olan su hovuzunun içərisi çirkabla doludur.

Hovuz 116 nömrəli tam orta məktəbin yaxınlığında yerləşir. Məktəbdən çıxan şagirdlər isə təhlükə saçan hovuzun yaxınlığında oynayırlar. Üç  gün əvvəl şagirdlərdən biri hovuza düşməkdən son anda xilas olub.

Valideynlər deyirlər ki, hovuzun açıq qalan hissəsi qapanmasa bənzər hadisə yenidən yaşana bilər.

Araşdırma zamanı məlum oldu ki, təhlükə mənbəyi olan su hovuzu Xətai rayon,133 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Çəkilişdən sonra birliyin əməkdaşları əraziyə gələrək problemi müvvəqqəti olaraq həll ediblər.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, sabahdan valideyinləri narahat edən bu problem tamamilə aradan qaldırılacaq.

OXU24.COM  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu universitetin kafedra müdiri vəfat etdi -FOTO
XİN çağırış etdi - Bu ölkəyə getməyin
Makron onlara möhtac qaldı: Bu tədbirləri həyata keçirmək üçün danışıqlar aparır

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü