Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75776
az

Bakıda metroda gənc qıza qarşı əxlaqsızlıq edib yumruqla vurdu

12:4104 Noyabr, 2022
164
CƏMİYYƏT
  • A

Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında insident baş verib.

OXU24.COM  "Qafqazinfo"ya istinadən xəbər verir ki, noyabrın 2-si, saat 8 radələrində qatarda sıxlıq olarkən gənc oğlan 2000-ci il təvəllüdlü Ş.Fətullayevə (şərti soyadlı) qarşı əxlaqsız hərəkətlər edib. 22 yaşlı qız həmin şəxsə irad bildirdikdə mübahisə baş verib və o, qızı yumruqla vuraraq oradan uzaqlaşıb.

Hadisədən sonra Ş.Fətullayeva qatarı tərk edərək metroda xidmət aparan polis əməkdaşlarına müraciət edib.

Ş.Fətullayeva "Qafqazinfo"ya açıqlamasında bildirib ki, ona qarşı nalayiq hərəkətlər edən şəxs təxminən 24-25 yaşında olub: "Mən ona irad bildirəndə yumruqla vurmağa başladı, dərhal polisə müraciət etdim, gedib şikayət ərizəsi yazdım. Həmçinin tibbi ekspertizadan keçdim. Hələlik həmin şəxs tutulmayıb".

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu universitetin kafedra müdiri vəfat etdi -FOTO
XİN çağırış etdi - Bu ölkəyə getməyin
Makron onlara möhtac qaldı: Bu tədbirləri həyata keçirmək üçün danışıqlar aparır

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü