Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75748
az

Azərbaycanda doğuş zamanı körpə öldü, ginekoloqa cinayət işi açıldı

21:5903 Noyabr, 2022
179
KRİMİNAL
  • A

Azərbaycanda doğuş zamanı körpə ölüb.

OXU24.COM  Lent.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Burada rayon sakini A.Orucəliyeva gecə saat 3 radələrində xəstəxanaya daxil olub. Günorta saat 14 radələrində isə körpə ölü doğulub.

Məlumata görə, körpənin həkim səhlənkarlığından öldüyü bildirilir. Belə ki, zərərçəkmiş şəxsin iddiasına görə, doğuşu həyata keçirən ginekoloq şəxsən tam olaraq, əməliyyatda iştirak etməyib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi əsasında, doğuşu həyata keçirən həmin xəstəxananın həkim-ginekoloqu 43 yaşlı Arzu Bədəlova istintaqa cəlb olunub. Onun barəsində məhkəmə heç yerə getməmək qaydasında iltizam tədbiri seçib.

Cinayət işinin istintaqına Abşeron rayon Məhkəməsində baxılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı