Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75628
az

FHN ASAN Xidmətdə fəaliyyətə başladı - Foto

16:0402 Noyabr, 2022
110
CƏMİYYƏT
  • A
ASAN Xidmətdə sahibkarlara FHN trəfindən xidmətlərin təqdim olunmasına başlanılıb. Oxu24.com xəbər verir ki, ilkin mərhələdə sahibkarlar yeni fəaliyyətə başlamış Bakı şəhəri 7 saylı ASAN Xidmət mərkəzində Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən göstərilən iki xidmətdən yararlana biləcəklər. Sahibkarlar mərkəz vasitəsilə “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi haqqında Çıxarış”ı və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayıcı maddələrin və qurğuların; tezalışan maddələrin və pirotexniki məmulatların) dövriyyəsinə “Xüsusi icazə”ni əldə edə bilərlər. Prosesin tədricən Bakı şəhəri və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır. Növbəti mərhələdə isə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur. Qeyd edək ki, sözügedən xidmətlərin ASAN Xidmət mərkəzi vasitəsilə həyata keçirilməsi şəffaflığın artırılmasını, prosesin asanlaşdırılmasını və sahibkar məmnunluğunun yüksəldilməsini təmin edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda unikalƏMƏLİYYAT - Qopmuş ayaq birləşdirildi
Xərçəngdən qorunmağın 12 yolu
Balıq və limon birlikdə bişirilməlidir - səbəb

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi