Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75620
az

Bakıda mopedlə narkokuryerlik edən şəxs tutuldu

15:4702 Noyabr, 2022
145
KRİMİNAL
  • A

Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin həyata keçirdiyi əməliyyat nəticəsində paytaxta qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb.

Oxu24.com  DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Amil Sərhədov tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə və Yasamal rayonundakı evinə baxış zamanı ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə aşkar olunaraq götürülüb.

Amil Sərhədov ifadəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil etdiyini bildirib.

O, əvvəlcədən təyin edilən ünvanlara narkotikləri çatdırmaq və ətrafdakı insanların diqqətini cəlb etməmək üçün kuryer görüntüsü yaradaraq mopeddən istifadə edirmiş.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Amil Sərhədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi
Qumbara Bəhruzun əlində partlayıb- Yeni faktlar
Oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi