Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7562
az

\"Best Model of Azerbaijan\"ın qalibi dəyişdirildi - FOTOLAR

11:0901 Dekabr, 2018
1102
  • A
 Modellər Şakir Əhmədzadə və Aygül Səfərovanın "Best Model of Azerbaijan - 2018" müsabiqəsinin qalibləri seçilməsi ilə bağlı xəbər vermişdik.

Nəticələr açıqlanar-açıqlanmaz sosial şəbəkələrdə xanım namizədə qarşı o qədər də xoş olmayan rəylər yazılmağa başlandı. Çoxları onun bu titula layiq olmadığını bildirdi.

Bundan əlavə, müsabiqədə ikinci yerə layiq görülən model Nuru Əhmədov BAKU.WS-ə açıqlamasında yarışmanın dünya standartlarına uyğun olmayan şəkildə keçirilməsini bildirdi.

BAKU.WS-in məlumatına görə, bütün söz-söhbətlərdən sonra yarışmanın milli direktoru Aqil Məmiyev "Qafqazinfo"ya açıqlama verib.

O, qeyd edib ki, müsabiqədən sonra Aygül Səfərova "Best Model of The World"da getməkdən imtina edib. A. Səfərova bunu ailəsində yaşanan narazılıqla izah edib. A. Məmiyev bildirib ki, yarışmanın qaydalarına əsasən, Azərbaycanı dünyada xanımlar arasında ikinci yerə layiq görülən Cəmalə Qoluboviç təmsil edəcək.


Milli direktor Nuru Əhmədovun ittihamlarına isə belə cavab verib:

"N. Əhmədov haqqımda mənfi açıqlamar verir, amma mən hələ də, onu birinci kimi görürəm. Seçim zamanı münsiflər heyəti arasında gərgin anlar yaşadıq, mübahisə etdik. Nuru Əhmədov Azərbaycan ikincisi adını qazandı. Öz bəyəndiyim iştirakçıları təkidlə dediyim zaman münsiflərdən bir neçəsi düşündü ki, həmin şəxslərdən pul almışam, buna görə, onların qalib olmasını istəyirəm. Amma belə deyil. Daha sonra münsiflər dedi ki, başa düşürük, sənin rəyin belədir, amma biz münsifik, qalib öz seçdiyimizi görürük. Mən də onların qərarına sayğı və hörmətlə yanaşıram, seçim onlara aiddir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəzaya düşən Ailanın vəziyyəti açıqlandı - YENİLƏNİB - FOTO
Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin vəziyyəti ağırdır
Tanınmış aktyora ağır itki üz verdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu