Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75595
az

Anası və bacısı dənizdə boğuldu, özü şəhid oldu – Xaçmaz şəhidi Günəş Qocayev

12:1102 Noyabr, 2022
872
  • A

 Xaçmazın Palçıqoba kəndində Vətən Müharibəsi şəhidi Günəş Qocayevin anım mərasimi keçirilib.

Anım mərasimində şəhidin yaxınları ,kənd sakinləri,şəhid ailələri və qazilər,Xaçmaz İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Doğulduğu kənd məzarlığında torpağa tapşırılan Günəş Qocayevin ailəsi onun şəhid olması ilə daha bir itki yaşayıb.

 

Xaçmazlı bloger Osman İmamovun Bizim.Media-ya verdiyi məlumata görə,şəhid Günəş Qocayevin anası və bacısı 2018-ci il iyun ayının 26-da Nabran çimərliyində boğulub.

 

Həmin faciədən sonra hərbi xidmətə yollanan Günəş Vətən Müharibəsində iştirak edib, 2020-ci il oktyabr ayında Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Vətən Müharibəsi şəhidi Günəş Qocayevin atası Əfqan Qocayev oğlunun Vətənin müdafiəsi yolunda şəhidliyə ucalmasından qürur duyduğunu dilə gətirib və onu yad edənlərin hər birinə təşəkkür edib.

Qeyd edək ki, ölümündən sonra şəhid Günəş Qocayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3 döyüş medalı ilə təltif edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əsəddən sonra Suriyanın xarici siyasətini böyük ölçüdə Türkiyə formalaşdırır - POLİTOLOQ
Bakıda poçt problemi: 50 ilin şöbəsini kim bağlayır? - VİDEO
Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir ?

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi