Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75558
az

Masazırda 26 yaşlı oğlan gecə oteldə 61 yaşlı qadını boğub öldürdü

19:1101 Noyabr, 2022
197
CƏMİYYƏT
  • A

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin "isti izlərlə" açılması təmin edilib.

Baş Prokurorluq və Daxili işlər Nazirliyindən bu gün daxil olan birgə məlumata görə, oktyabrın 31-i gecə saat 05 radələrində Masazır qəsəbəsində yerləşən otellərin birində 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 1996-cı il təvəllüdlü Rəsul Niftəliyevin tamah niyyəti ilə zərərçəkmişi boğub öldürərək sonuncunun üzərində olan 150 manat pulu götürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Rəsul Niftəliyev şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Polis Bakıda oğurluq və dələduzluq     edənləri     saxladı