Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75555
az

Bu gün saxlanılan nazir müavini Elnur Əliyevin sevgi qalmaqalı

17:5901 Noyabr, 2022
183
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb.

OXU24.COM xəbər verir ki, bizim.media-ya DTX tərəfindən saxlanılan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevlə bağlı xoşagəlməz məlumatlar daxil olub.
Bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərdən birində Elnur Əliyevlə ailə dostu arasında mübahisə olub. Gərginləşən mübahisə sonradan dava ilə nəticələnib.

Bununla bağlı saytımıza tədbir iştirakçılarından biri məlumat verib. Dediyinə görə dava nazir müavininin münasibətdə olduğu və həmin tədbirdə bərabər iştirak etdiyi xanıma görə baş verib. Hansı ki, Elnur Əliyevin ailəvi dost olduğu şəxs sevgilisini tədbirdə görən kimi mübahisəyə başlayıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb.

Məsələyə polis tərəfindən müdaxilə edilib. 

Qeyd edək ki, nazir müavininin sevgilisi olan həmin xanım vaxtı ilə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Mədəniyyət naziri Anar Kərimov müavininin həmin xanımla qeyri-rəsmi münasibətdə olduğunu öyrənəndən sonra xanımı vəzifəsindən azad edib. Hazırda həmin xanım başqa bir dövlət qurumunda çalışır.


Xanımın kimliyi və hansı dövlət qurumunda çalışdığını bilsək də, hələki bu barədə məlumatları açıqlamırıq.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tarixdə hava kəskin dəyişir - yağış, şimşək...
Bu ərazilərdə qaz olmayacaq
Bu universitetin kafedra müdiri vəfat etdi -FOTO

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Axtarışda olan 82 nəfər saxlanıldı