Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75526
az

Bakıda 2000-ci ilə qədər tikilmiş bina mənzilləri ucuzlaşacaq - sadə səbəb var...

18:2231 Oktyabr, 2022
252
CƏMİYYƏT
  • A

Nüsrət İbrahimli: “İpoteka qaydalarına dəyişiklik olsa, belə köhnə binalarda mənzillərin ucuzlaşması gözlənilir”
img
Bakıda köhnə binalardakı mənzillərin ucuzlaşacağı ilə bağlı məlumatlar yayılıb. Qeyd edilir ki, yaxın zamanlarda paytaxtda köhnə tikili olan binalarda mənzillərin ucuzlaşacağı proqnozlaşdırılır. Buna səbəb isə bəzi qaydaların tezliklə dəyişdirilməsinin nəzərdə tutulmasıdır.

Belə ki, hazırda mövcud qaydalara əsasən, 1970-ci ildən sonra istifadəyə verilmiş binalarda olan mənzillər həm dövlət ipotekasına, həm də bankların təklif etdiyi daxili ipoteka təkliflərinə yararlıdır.

Ekspertlər bildirir ki, yaxın zamanlarda bu qayda dəyişdiriləcək. Bu qayda 2000-ci ildən sonra istifadəyə verilmiş binalara şamil olunacaq. Belə olan halda isə, köhnə tikililərlə tələbat kəskin azalacaq və həmin binalarda mənzillərin satış qiymətinin ucuzlaşması gözlənilir.

“İpoteka qaydalarında dəyişikliyin edilməsi gözlənilir, ancaq bu qərarın 1997-98-99-cu illərdə istifadəyə verilmiş binalara şamil edilməməsi inandırıcı görünmür”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ipoteka qaydalarında dəyişikliyin edilməsi gözlənilir. Ancaq bu qərarın 1997-98-99-cu illərdə istifadəyə verilmiş binalara şamil edilməməsi inandırıcı görünmür: “Məlumdur ki, Bakıda istifadə müddəti bitmiş çoxlu sayda bina var. Bakı şəhərində istismar müddətini bitirmiş 11 minə qədər bina var. Bu mənzillərin ipoteka kreditilə satılması qaydalara əsasən mümkün deyil. 1970-cı ilə qədər olan binaların söküntüsü hələ bitməyib. Həmin binaların hamısının sökülməsi uzun zaman tələb edir”.

Həmsöhbətimiz hesab edir ki, ipoteka qaydalarına dəyişiklik olsa belə köhnə binalarda mənzillərin ucuzlaşması gözlənilir. Bu hal ilkin mərhələdə olacaq. Ancaq sonradan  2000-ci ilə qədər istifadəyə verilmiş binalarda qiymətlər yenidən artacaq.

Ekspert onu da əlavə etdi ki, qarşıdakı aylarda əmlak qiymətləri bir az da artacaq: “Artıq Bakı küçələrində çoxsaylı rus vətəndaşlarını da görmək mümkündür. Heç vaxt Bakıda bu qədər rus görməmişik. Qarşıdakı aylarda bizi böyük sürprizlər gözləyir. Bu zaman Azərbaycanda daşınmaz əmlakın qiymətində kəskin artım baş verə bilər. Amma bu bir ehtimaldır. Proseslərin necə gedəcəyini indidən proqnozlaşdıra bilmərik. Bu ehtimalın özünü nə qədər doğruldacağı hadisələrin gedişindən asılı olacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Stresdən əziyyət çəkirsiniz? - Bu çayı yoxlayın
Əməkdar artist yubileyindən bir gün əvvəl VƏFAT ETDİ -FOTO
Bu müəllimlər işdən çıxarılacaq? -Rəsmi AÇIQLAMA

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər