Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75519
az

Rusiyalı deputat maşını ilə azyaşlını vurub qaçdı - VİDEO

13:5431 Oktyabr, 2022
118
KRİMİNAL
  • A

Rusiyanın hakim "Vahid Rusiya" Partiyasından olan deputat Sergey Mamontov idarə etdiyi avtomobillə azyaşlını vurub.

Hadisənin görüntüsü ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Kadrlarda aydın görünür ki, Tatar Rayon Şurasının deputatı S. Mamontov idarə etdiyi avtomobillə azyaşlının üzərindən keçir, daha sonra avtomobildən düşərək bir müddət uşağın vəziyyətini müşahidə edir və heç nə olmayıbmış kimi sükan arxasına əyləşərək ərazidən uzaqlaşır.

Hadisə şahidləri insidentlə bağlı polisə və təcili tibbi yardım xidmətinə xəbər veriblər.

Azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, avtomobil axtarışa verilib.

Bir müddət sonra deputat Sergey Mamontov özü polis idarəsinə yaxınlaşaraq hadisəni törətdiyini etiraf edib.

Artıq 67 yaşlı deputat "Vahid Rusiya" Partiyasından xaric edilib. Onun uşağı köməksiz vəziyyətdə qoyaraq hadisə yerini tərk etdiyinə görə deputatlıq səlahiyyətlərinin də əlindən alınacağı istisna edilmir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Axtarışda olan 82 nəfər saxlanıldı