21:10
Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 60 nəfəri keçib.
Milli.Az "report"a istinadən bildirir ki, bu barədə NDTV kanalı mənzil tikintisi və kənd rayonlarının inkişafı naziri Briceş Merca istinadən məlumat verib.
"Ən azı 60 nəfər ölüb. 17 nəfər xəstəxanadadır", - nazir bildirib.
Faciə yerində xilasetmə əməliyyatı davam edir. Rəhbərlik qurbanların sayının artmaqda davam edəcəyini istisna etmir.
----------
20:02
Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
Milli.Az "report"a istinadən bildirir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Körpü üzərində 500-ə yaxın insan olan zaman dağılıb. 100-dən çox insan su altında qalıb. Xilasedicilər hadisə yerindədir.
Faciə Maççxu çayı üzərindəki Morbi körpüsündə baş verib. O, 140 il əvvəl tikilib, bir neçə ildir ki, yenidən qurulub və cəmi dörd gün öncə ziyarətçilərin üzünə açılıb. Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına Baş nazir Narendra Modi rəhbərlik edir.
Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün troslarında bir nəfərin asılı olduğu görünür. Digərləri özlərini xilas etmək üçün çaya atılıblar.
Oxu24.com
ŞƏRHLƏR