Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75496
az

Bakıda məktəbdə qıza əxlaqsızlıq edən kişi kameraya düşdü - Həbs edilən şəxs kimdir? 

12:2430 Oktyabr, 2022
362
CƏMİYYƏT
  • A

Bakıdakı orta ümumtəhsil müəssisələrinin birində məktəbli qız cinsi qısnamaya məruz qalıb.

Oxu24.com-un  məlumatına görə, hadisənin görüntüsü məktəbdəki müşahidə kamerasına düşüb.

Təxminən 35 yaşlarında olan şəxs axşam saatlarında Bakıdakı orta məktəblərdən birinin dəhlizinə daxil olur.

Bir neçə dəqiqə dəhlizə göz gəzdirdikdən sonra girişdəki lövhənin qarşısında duran şagirdi çağırır. Söz soruşur və əli ilə nəyisə işarə edərək, azyaşlı qızı mərkəzdən uzaqlaşdırır. Dəhlizin digər tərəfindəki lövhədən asılan elanların qarşısında onunla birlikdə nəyisə müzakirə edir.

Lövhədə yazılanları bir-bir 11 yaşlı qıza oxutdurur. Kifayət qədər yaxın təmasa cəhd edir.

Burada qızsığaza qarşı nalayiq hərəkətlərə yol verdiyi iddia olunur. Bu zaman qız "telefonuma zəng gəlir" deyərək ondan uzaqlaşır və məktəbin dəhlizində oturan yaşlı mühafizəçiyə yaxınlaşır.

Məktəbə daxil olan şəxs şagirdə yenidən yaxınlaşmağa cəhd edəndə müəllimlərdən biri uşağı həmin şəxsin əlindən alır. Təxminən bir neçə dəqiqədən sonra isə hadisə yerinə valideyn yaxınlaşır və əlbəyaxa dava başlayır.

Məktəbli qızı cinsi qısnamaya məruz qoyan şəxsi valideyn elə həmin dəhlizdə mühafizəçi, müəllim və şagirdlərin qarşısında döyür. Ara qarışdıqda isə şübhəli şəxs hadisə yerindən qaçır.

Hadisə 11 yaşlı qızın dərs bitdikdən sonra məktəbin dəhlizində atasını gözləyərkən baş verib.

Məktəblinin atası "Xəzər Xəbər"ə açıqlamasında hadisənin axşam saatlarında baş verdiyini deyib. Bildirib ki, sözügedən təhsil ocağında onun iki övladı təhsil alır. 11 yaşlı qızı ikinci növbə oxuduğundan dərsdən 18.00- dan sonra çıxır.

Valideyn deyir ki, həmin vaxt dərs saatı olmadığından məktəbdə həm müəllimlər, həm də şagirdlər az olub. Dəhlizə çatarkən isə övladını göz yaşları içində görüb.

Hadisədən sonra valideyn 102-yə zəng edib və baş verənlərlə bağlı əraziyə polis əməkdaşları gəliblər.

Valideyn deyir ki, övladı hazırda psixoloji dəstək alır. Ciddi sarsıntı keçirən azyaşlı həkim nəzərəti altındadır.

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirdi ki, cinsi qısnama faktı təsdiqini tapıb. Artıq həmin şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, axşam saatlarında məktəbə daxil olan şəxs özünü valideyn kimi təqdim edib. Həmin vaxt valideynini gözləyən 5-ci sinif şagirdinə qarşı qeyri-etik hərəkətlərə yol verib. Hazırda sözügedən təhsil ocağında baş verənlər araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Elgizin həyat yoldaşı görün kim imiş - VİDEO

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO