Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75480
az

Əhalinin DİQQƏTİNƏ: Bu tarixlərdə böyük sürprizlər olacaq - VİDEO

16:0729 Oktyabr, 2022
192
CƏMİYYƏT
  • A

Bol endirimli, müxtəlif kampaniyalı alış-veriş həftəsi yaxınlaşır.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, dilimizə "Qara Cümə" kimi tərcümə edilən "Black Friday" alış-veriş aksiyası ölkəmizdə də geniş yayılıb. İnsanlar həmin günü səbirsizliklər gözləyir, endirimlərdən yararlanmağa çalışırlar. Məhz bu səbəbdən "qara cümə"də bir çox mağazaların qarşısında izdiham müşahidə edilir. İnsanların bəziləri endirimlərdən yararlandıqlarını bildirsələr də, bəziləri göstərilən faizlərin real olduğuna inanmırlar.

Artıq mağazalarda qara cümə ilə bağlı hazırlıqlara başlanılıb. Satıcıların sözlərinə görə, hər məhsuldaazı 50 faizendirim edilir.  Həmin gün belə ticarət obyektlərivaxtından əvvəl açılır və daha gec bağlanılır. Satıcılar bildirirlər ki, müştərilərindidən mağazalara yaxınlaşaraq endirim faizləri ilə maraqlanırlar. 

Marketinq və binesin idarə edilməsi üzrə mütəxəssis Elxan Mərdanlı deyir ki, adətən bu kompaniya noyabr ayının son həftəsinin cümə gününə təsadüf edir. Bəzi ölkələrdə bu, 1 gün, bəzilərində 3 və ya 5 gün keçirilir. Şirkətlər ya il ərzində alınmayan məhsulları satmaq,  ya da markalarına marağı artırmaq üçün yüksək faizli endirimlər edirlər. Ölkəmizdə isə qara cümədən iki həftə əvvəl alış-veriş festivalı başlayır.

Elxan Mərdanlı bildirir ki, Azərbaycanda endirim faizləridigər ölkələrdə müqayisədə azdır. Bunun da səbəbi idxalın həcminin çox olmasıdır. Həmçinin ölkəmizə gətirilən tekstil məhsullarına əlavə dəyər vergisi və 15 faiz gömrük rüsumunun qoyulmasıda məhsulların maya dəyərini artırır.

Mütəxəssis qeyd edib ki,istehsal sahələri inkişaf etdirilərsə, Azərbaycanda da qiymətlər aşağı ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ
Bu yolda məhdudiyyət aradan qaldırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi