Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7545
az

Deputat Elzanı müdafiə etdi: Rasim Balayev elə deməməli idi.

20:5530 Noyabr, 2018
957
ŞOU-BİZNES
  • A
 Xalq artisti Rasim Balayevin Əməkdar artist Elza Seyidcahanı sərt tənqid etməsi barədə məlumat vermişdik. Xalq artisti CVN TV-də çıxışı zamanı zövqlərin korlandığını, televiziyalardakı özbaşınalığın artdığını qeyd edib.

"Elza Seyidcahan şeirlər oxuyur. Ona deyən yoxdur ki, get, işinlə məşğul ol. Sən şair deyilsən", - deyə Rasim Balayev vurğulayıb.

Oxu24.com yeniavaz.com-a istinadla xəbər verir ki, deputat, akademik, filologiya elmləri doktoru Nizami Cəfərov məsələyə münasibət bildirib.

N. Cəfərov Rasim Balayevdən fərqli olaraq Elza Seyidcahanın şeirləri haqqında müsbət fikirdə olduğunu bildirib: "Bu, heç söhbət deyil. Elza Seyidcahana heç kim "sən şair deyilsən" deyə bilməz. Niyə? Ona görə ki, ümumiyyətlə heç kimə, yazı yazana, şeir yazana "sən şair deyilsən" demək olmaz. Ona qalsa, dünyada da, Azərbaycanda da çox məşhurlaşan şairlər olub ki, şair deyillər. Ya kimin üçünsə şair deyillər, ya ümümi böyük sənət dəyərləri baxımından şair deyillər. Ona görə də bu, absurd söhbətdir".

Millət vəkili Nizami Cəfərov əməkdar artist Elza Seyidcahanın zəngin düşüncəli bir xanım olduğunu deyib: "Elza Seyidcahan çox hissiyatlı, çox zəngin düşüncəli bir xanımdır. Musiqisi ilə yanaşı, yaxşı oxumağı ilə yanaşı, həm də çox məzmunlu bir xanımdır. İndi kim Elza Seyidcahandan hansısa şairlik standartları tələb edir və ya onun özü şairlik iddiasındadırmı, gəlib Azərbaycan şairlərinə başçılıqmı etmək istəyirmi biz ona deyək ki, sən şair deyilsən? Ona görə də ümumiyyətlə heç kimə elə demək olmaz. Axı Rasim Balayev müdrik adamdır, istedadlı adamdır, şeir, ədəbiyyat nədir onu bilən adamdır. Belə adamlar gərək elə söz deyəndə bir az həssas olsunlar. Mən heç vaxt istəməzdim ki, Elza Seyidcahana elə bir söz deyilsin".

"Elza Seyidcahanın yazdığı şeirlərlə tanışsınızmı, məlumatınız varmı?" sualımıza millət vəkilinin cavabı belə oldu: "Bəli, onun yazdığı şeirlərdən xəbərim var. Elza Seyidcahanın şeirlərinə qulaq asmışam, yaxşı şeirləri də var, şeirlərində yaxşı ifadələr də var, yaxşı hissiyyatlar da var. Amma təbiidir ki, böyük şair deyil. Elza xanım birbaşa incəsənətlə məşğuldur də, şeiriyyat Elza Seyidcahanın ruhunda, canında olmasa, elə gözəl oxuya bilməz. Hamıda şairlik var, Elza Seyidcahan müəyyən şeirlər yazır, çox böyük iddialarla yazmır. Vallah, Yazıçılar Birliyinin Elza Seyidcahandan qat-qat aşağı səviyyəli şeirlər yazan üzvləri var. Yazıçılar Birliyinə üzvdürlər, amma Elza Seyidcahanın şeirləri onların şeirlərindən yaxşıdır.

Ona görə də düşünürəm ki, elə söz demək olmaz. İkincisi, zövqlü, söz zövqü olan, incəsənət, ədəbiyyat ruhu olan bir insandır Elza Seyidcahan. Sənətdə, ədəbiyyatda, ümumiyyətlə, incəsənətdə qətiyyən təsadüfi adam deyil".

Nizami Cəfərov bildirib ki, Elza Seyidcahanın Yazıçılar Birliyinin üzvü olmaq istəməsində də qətiyyən qeyri-adi bir şey yoxdur: "Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvü ola bilər". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu