Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75447
az

Azərbaycanda pornoya görə 6 il həbs ola bilər

18:0528 Oktyabr, 2022
578
  • A

Yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb etməyə görə cəza təsdiqlənir.

Oxu24.com  xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə cəzalar sərtləşdirilir.

Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkil olmaq      istəyənlərin      nəzərinə
Baş Prokurorluğa yeni səlahiyyət verilir
Heydər Məmmədov bu işə görə protest verdi- Hökm dəyişdi

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Bakıda 9 avtomobildən və 7 evdən oğurluq    edənlər      tutuldu