Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75436
az

Nəfəs borumuza yad cisim düşsə, boğulan an nə etməliyik?

00:1928 Oktyabr, 2022
747
OXU24 TV
  • A

Heç gözləmədiyimiz anda nəfəs borumuza yad cisim düşə, bizi cəmi 1-2 dəqiqəyə öldürə bilər.
 
Bu günlərdə ATV kanalında belə bir faciə yaşandı. Kanalın əməkdaşı Mustafa Məmmədov yeməkxanada nahar edərkən qida nəfəs borusuna düşdü və cəmi bir neçə dəqiqəyə dünyasını dəyişdi. Bu cür hallara təəssüf ki, zaman-zaman rast gəlirik.

 

 

Daha çox uşaqlarda rast gəlinən bu hal əsasən ehtiyatsızlıqdan baş verir. Hər hansı qida qalığı və ya sadəcə yad cisim yemək borusuna yox, nəfəs borusuna düşür. Nəticədə təcili yardım gələnə kimi insan ölə bilir. Çünki insanların çoxu həmin anda nə edəcəyini bilmir. Ya boğulana su veririk, ya barmağımızı boğazına salırıq, ya da kürəyini döyəcləyirik. Bütün bunlar isə insanın ölümünü daha da tezləşdirən səhvlərdir. Bəs əslində bu kimi hallarda nə etməliyik? 

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşı, həkim Sevinc Əhmədova APA TV-yə bildirdi ki, tənəffüs yollarının keçiriciliyinin pozulması zamanı öncə zərərçəkəndə boğulmanın universal manevri adlanan hərəkət baş verir: “Zərərçəkən şəxs bir əlinin baş və şəhadət barmağı ilə boynunu sıxır. Sanki boğulduğunu bildirmək istəyir. Zərərçəkənə yardım göstərən şəxs nəzərə almalıdır ki, zərərçəkəndə nəfəsalma, öskürək, danışıq tamamilə pozulmuş olur. İlk olaraq psixoloji dəstək olaraq onu ruhlandırmaq lazımdır. Və ona "Heymlix manevri" adlanan qarından təkan hərəkətləri aparmaq lazımdır. Bu uşaqlarda və böyüklərdə eyni qaydada olur amma körpələrdə fərqli bir hərəkətlə icra olunur. "Heymlix manevri" zamanı döş sümüyünün aşağı hissəsi ilə göbək nahiyəsini götürürük. Və orta xətt üzrə ardıcıl olaraq qarın boşluğuna təkan veririk. Bu zaman bir əlimizi bu şəkildə saxlayaraq barmağımızı ovucumuza sıxmalı və digər barmaqlarımızı sıxmalıyıq. Digər əlimizi isə belə bir istiqamətdə aşağıdan yuxarıya doğru olaraq hərəkət etdirməliyik”.

Həkim söylədi ki, "Heymlix manevri" zamanı düzgün yardım göstərilərsə, yad cism tənəffüs yollarından çıxır və boğulanın həyatı xilas olur: “Əgər zərərçəkən təkdirsə yəni yanında  yardım üçün heç bir şəxs yoxdursa bu zaman zərərçəkən eyni qayda ilə ovucunu baş barmağını içəriyə doğru olmaq istiqaməti ilə sıxmalı və digər barmağı ilə bir əli ilə döş sümüyünün aşağı istiqamətindən saxlamalı və möhkəm bir yerə bu stolun kənarı ola bilər, yəni möhkəm bir yerə dayanıqlı dayanmalı və başını önə əymək şərtiylə qarın boşluğuna ardıcıl təkanlar verməlidir”.  

Həkim onu da söylədi ki, bu metod bütün dünyada tətbiq olunur. 

Azərbaycanda daha qədimdən bir tövsiyə var: Yemək yeyərkən danışma. Bu cür hadisələr daha çox yemək zamanı baş verir. Odur ki, qidalanarkən daha diqqətli olmağımız məsləhət görülür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəfəs borumuza yad cisim düşsə, boğulan an nə etməliyik?
Ölən yaxınlarımıız yuxuda görməyin mənası bu imiş - VİDEO
Azərbaycanda

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı