Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75412
az

Dəhşətli qəza törədən “Range Rover” yüksək vəzifəli şəxsə məxsusdur? - FOTO

14:0627 Oktyabr, 2022
536
REDAKTORUN SEÇİMİ
  • A

Vəkil Ramil Rüstəmov oktyabrın 8-i Bakı şəhər Sabunçu rayonu ərazisində - Nardaran-Bilgəh yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətmiş “Range Rover” markalı avtomobilin sürücüsünün dəyişdirildiyini iddia edib.

Oxu24.com  xəbər verir ki, vəkil hadisə vaxtı “KİA” markalı avtomobilə çırpılan “Range Rover”in yüksək vəzifəli şəxsə məxsus olduğunu və sürətlə hərəkət etdiyini bildirib. O, qəzadan sonra bahalı avtomobilin dövlət qeydiyyat nişanlarının da dərhal söküldüyünü qeyd edib: “Bilgəh-Nardaran istiqamətində yüksək sürətlə idarə edilən, yüksək vəzifəli şəxsə məxsus “Range Rover” markalı nəqliyyat vasitəsi qarşıdan gələn “KİA” markalı avtomobili vuraraq içərisində olan 2 nəfər gəncin: Zülfüqar və Ayxanın ölümünə, gənc Arifin isə 18 gün komada olmasına səbəb olub. Həmin “Range Rover”in nömrələri dərhal sökülərək hadisə yerindən aparılıb və verilən məlumata görə, insidenti törədən şəxs oradan yayındırılaraq başqa şəxs sürücü kimi təqdim edilib. Bununla da qəzanı ört-basdır etməyə çalışırlar. Mən vəkil olaraq zərərçəkənlərin hüquqi varislərinin vəkil və nümayəndəsi kimi Sabunçu RPİ-də istintaqı aparan müstəntiqə bir çox vəsatətlər verməklə və əldə etdiyimiz sübutları təqdim etməklə hadisəni törədən şəxsin təqsirli şəxs kimi cəlb edilərək cəza alması üçün çalışırıq. İstintaqın gedişindən narazı qaldığımız üçün Prezidentə, Baş prokurora teleqram və şikayətlərlə müraciət edirik”.

Vəkil Ramil Rüstəmov hadisənin şahidi olan şəxslərə müraciət edərək qəza zamanı onlarda olan görüntü və ya digər sübutları təqdim etmələrini xahiş edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, baş vermiş hadisə barədə Sabunçu Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir:

“Yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb və istintaq gedir. Avtomobilin sürücüsünün dəyişdirilməsi ilə bağlı iddialar əsassızdır. Bununla bağlı istintaqda təkzibedilməz sübutlara əsaslanan dəlillər mövcuddur. İstintaq qanunamüvafiq qaydada aparılır. İstintaqın gedişi ilə bağlı zərərçəkmişlər və onların vəkili mütəmadi olaraq məlumatlandırılır. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdilir”.

Qeyd edək ki, hadisədən sonra gənclərin öldüyü avtomobildə olan 40 min dollar oğurlanıb. Daha sonra oğurluq etmiş Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Ağır qəzada vəfat edən Göygöl rayon sakinləri Zülfüqar Zülfüqarov və Ayxan Süleymanlıdır.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada 32 ildən sonra uşaq doğuldu - FOTOLAR
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq etdi - TƏCİLİ
Kanaldan qadın meyiti tapıldı

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər