Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75404
az

“Nikol Paşinyan ehtiyat edir ki, Azərbaycanla...” - ŞOK İDDİA

20:3826 Oktyabr, 2022
211
  • A

"Ermənistanın baş naziri Nikol Paşinyan çox gözəl bilir ki, onun gedişi həm Zəngəzur dəhlizindən, həm də ölkədə müharibədən qaçmağa kömək edəcək, lakin o, hakimiyyəti itirmək istəmir".

OXU24.COM  Musavat.com-a istinadən xəbər verir ki, bu barədə yerli "Zham.am" portalı yazır.

"Paşinyan da bilir ki, Brüssel sənədinin imzalanması Ermənistanın süqutu deməkdir. Oktyabrın əvvəlində internetdə bir sənəd yayılıb. Ekspertlərin fikrincə, bu, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin Amerika variantıdır. Digər məsələlərlə yanaşı, Ermənistan hakimiyyəti tərəfindən rəsmi təkzib olunmayan sənəddə deyilir: "Azərbaycan hökuməti Dağlıq Qarabağın erməni etnik icmasının nümayəndəsi ilə çalışmaq üçün nümayəndə təyin edəcək və onunla Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizlik məsələlərini müzakirə edəcək... Nümayəndələr müzakirələrin beynəlxalq ictimaiyyət üçün şəffaf olmasını təmin edəcəklər. Tərəflər həmçinin Azərbaycanın suverenliyinə xələl gətirməyən beynəlxalq müşahidəçilərin rolunu, eləcə də Dağlıq Qarabağdakı azlıq qrupunun müdafiəsinin təmin edilməsini birgə müzakirə etməyə çalışacaqlar". Əslində, rəsmi İrəvan Qarabağın gələcəyində Ermənistanın bundan sonra da iştirakından nəinki imtina edir, həm də Qarabağ ermənilərini Azərbaycan Prezidenti İlham Əliyevin ixtiyarına buraxır. Qarabağın Azərbaycana birləşdirilməsindən sonra Qarabağ ermənilərini gözləyən ən yaxşı şey deportasiyadır.

Hətta Soçidə gözlənilən üçtərəfli görüşdən sonra rəsmi İrəvan Qərbin himayəsi altında Azərbaycanla sülh müqaviləsi imzalaya bilər. Nikol Paşinyan ehtiyat edir ki, Azərbaycanla münasibətlər Moskvanın təklif etdiyi modellə tənzimlənərsə, o zaman Rusiya üçün subyektivliyini, onunla birlikdə isə gücünü itirəcək. O bilir ki, əslində 9 noyabr bəyanatından geri çəkilib anti-Rusiya siyasəti yeritmək Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxaracaq, amma Qərbdən sığınacaq alacağına əmin olduğu üçün bu yola gedir. Görəsən Ermənistanın siyasi və iqtisadi elitası Paşinyanın planının həyata keçirilməsinə mane ola biləcəkmi?", - deyə yazıda qeyd olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənipərəst keçmiş senatora 11 il həbs cəzası verildi

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Bakıda 9 avtomobildən və 7 evdən oğurluq    edənlər      tutuldu