Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75403
az

Binəqədidə parkın içində niyə bina tikilir? - VİDEO

20:2726 Oktyabr, 2022
128
CƏMİYYƏT
  • A

Bakıda yenə də ağaclara qənim kəsilənlər var. Bu dəfə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, metronun "Dərnəgül" stansiyasının çıxışındakı parkda bir neçə ağac quruyub, bəlkə də qəsdən qurudulub, hətta bəziləri yandırılıb. Yaxınlıqda isə tikinti gedir, çoxmərtəbəli bina tikilir. Burada ağaclar quruyub, bəziləri isə dibindən çıxarılıb.

Üstəlik, ərazidə ocaq izləri də var. Bu izlər ağacların qəsdən yandırılmasına dair şübhələri artırır.

Quruyan ağaclar tikilməkdə olan binanın 2-3 metrliyindədir. Tikintini icra edən şirkət isə ağacların inşaat prosesində məhv olduğunu və ya qəsdən qurudulduğunu təkzib edir.

OXU24.COM xəbər verir ki,  Şirkətin iş icraçısının "Xəzər Xəbər"ə verdiyi məlumata görə, ərazidə tikinti işlərinə 2021-ci ildə icazə verilib və aidiyyəti qurumlardan da bütün rəy və sənədlər alınıb. O ki qaldı ağacların yandırılmasına, şirkətin əməkdaşı bu hadisənin illər öncə baş verdiyini iddia edib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə bildirildi ki, həmin ağacları kimin məhv etdiyi onlara məlum deyil. Amma qurumuş ağaclarla bağlı müvafiq rəy alındıqdan sonra onlar kəsilərək götürüləcək və yerinə yeni ağaclar əkiləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə!
Yeni qiyamət ssenarisi: göbələklər insanlığın sonunu gətirəcək
Xəzərdə suyun səviyyəsi ARTDI

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video