Əməkdar artist Murad Dadaşov “Maşın” şounun başlayacağı tarixi açıqlayıb.
Oxu24.com un Axşam.az-a istinadən məlumatına görə, o bildirib ki, şou mayın 28-də yayımlanacaq:
“İştirakçıların hamısı bəlli deyil, amma bir qisim hazırdır. 1 aydan çox vaxt var. Şouda gözləmədiyim insanlar olacaq. Çox maraqlı iştirakçılarımız var”.
M.Dadaşov “Davam ya tamam” şousunun yayımının təxirə salındığını deyib:
“İstəyirdik yazda başlayaq, amma qaldı. Yeni televiziya mövsümündən olacaq və hər gün yayımlanacaq. Uduş məbləği isə 50 minə çatacaq”.
Şoumen verilişlərin keyfiyyətindən narazılıq edib və aparıcılara öz tövsiyələrini verib:
“Televiziyadakı verilişlərin əksəriyyətindən razı deyiləm. Etdiyim layihələr reytinq qazanır. Elə başa düşülməsin ki, mən hamıdan yaxşıyam, başqaları yox. Sadəcə, işə bir az məsuliyyətlə yanaşmaq lazımdır”.
Paylaş:
0 Oxu24.com
ŞƏRHLƏR