Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75398
az

Rusiya ordusu nüvə silahı təliminə başladı

18:2326 Oktyabr, 2022
146
DÜNYA
  • A

Rusiya Silahlı Qüvvələri nüvə silahlarının təlimini keçirir.

OXU24.COM  report-a istinadən bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Rusiya KİV-in yaydığı məlumata görə, quru, dəniz və hava strateji çəkindirmə qüvvələrinin təlimi Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında keçirilir.

Təlimə qanadlı raketləri buraxan uzaqmənzilli "Tu-95MS" təyyarələri də cəlb olunub.

Hərbi komandanlıq və idarəetmə orqanlarının hazırlığı, rəhbər və əməliyyat heyətinin qoşunların idarə olunmasının təşkili üzrə bacarıqları yoxlanılıb. Məlumata görə, Plesetskdən "Yars", Barents dənizindən "Sineva" ballistik raketi, Kamçatkadakı "Kür" polqonundan qitələrarası ballistik raket buraxılıb.

Xatırladaq ki, S.Şoyqu və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bundan əvvəl ölkələrinin özünümüdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə etmək ehtimalını açıqlayıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan Ukraynaya yeni HƏRBİ YARDIM -Məbləğ açıqlandı
Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub