Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75312
az

Rusiya PUA əvəzinə İrana nüvə verəcək?

19:3322 Oktyabr, 2022
119
DÜNYA
  • A

Bildiyimiz kimi, Rusiya və İran arasında Suriya məsələsində də yaxınlaşma var. İqtisadi və təhlükəsizlik sahəsində də əməkdaşlıq mövcuddur. Lakin sözügedən yaxınlığın uranın zənginləşdirilməsi qarşılığında müharibədə Rusiyaya tam dəstək verəcək səviyyəyə gəlməsi məsələsi mübahisəlidir.

OXU24.COM axar.az-a istinadən bildirir ki, bu sözləri Qərb mətbuatında Rusiyanın İrana PUA və raketlər müqabilində nüvə proqramını başa çatdırması üçün köməklik göstərəcəyi iddiaları haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşkun Başbuğ deyib.

Başbuğun sözlərinə görə, nüvə proqramının tamamlanması üçün yardım real görünmür:

"Qərb ələ keçirilən dronlar üzərində aparılan araşdırmalar əsasında bunların İranda istehsal olunduğunu, lakin Rusiya tərəfindən boyanaraq gizlədildiyini qeyd edir. Hələ ki, nə Rusiya, nə də İran bu iddiaları qəbul edib. Bir neçə gün öncə "Röyters" İranın Rusiyaya "Fateh" və "Zülfüqar" ballistik raketlərini verəcəyi haqqında məlumat yayıb. Arxasınca isə edilən yardımın qarşılığında Moskvanın uranın zənginləşdirilməsi və nüvə proqramının tamamlanması üçün Tehrana yardım edəcəyi informasiyası ortaya çıxdı. Düzdür, Rusiyanın silah və sursatı, döyüş texnikası tükənmək üzrədir. Çünki embarqolara görə istehsal çox azalıb. Ancaq nüvə silahı məsələsində İrana yardım edəcəyini real hesab etmirəm. İrana yeni sankiya tətbiq etməyin ən rahat yolu uranın zənginləşdirilməsini bəhanə etməkdir. Qərbin də etdiyi budur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Danışıqlar nəticə vermədi: Türkiyədə "Instagram" bağlı qaldı

Trampa qarşı sui-qəsd: Obama və Bayden... - Telefon danışıqları ortaya çıxdı
Ukrayna-Rusiya müharibəsi Afrikaya yayıldı: Bu ölkə Kiyevlə diplomatik əlaqələri kəsdi

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı