Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75302
az

Krım partlayışı Ermənistanı vurdu: Yuxarı Larsda tıxacdır

15:4222 Oktyabr, 2022
167
SİYASƏT
  • A

Krım körpüsündə baş verən partlayışdan sonra Yuxarı Lars keçid məntəqəsində maşınların buraxılışı ilə bağlı qaydalar sərtləşdirilib.

OXU24.COM axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan danışıb.

O bildirib ki, ciddi yoxlamaların səbəbləri təhlükəsizliklə bağlıdır.

Bu məsələni Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla bu gün müzakirə etdiyini bildirən Kerobyan yaxın vaxtlarda əvvəlki vəziyyətin bərpa olunacağının mümkünsüzlüyünə işarə edib:

"Hazırda əvvəlki keçid sürətinin bərpası problemlidir. Ona görə də böyük tıxac yaranıb".

O deyib ki, problemin həlli üçün keçid məntəqəsində əlavə gömrük buraxılış zolağı yaratmağı düşünürlər.

Qeyd edək ki, Rusiya Baş Prokurorluğu Krım körpüsünün partladılması üçün göndərilən partlayıcının Ermənistanda maşına yükləndiyi və Gömrük İttifaqının tələblərinə uyğun sənədləşdirildiyini üzə çıxarıb. Başqa sözlə desək, bu partlayıcının Krıma gedib çatmasına Ermənistan səbəb olub. Belə ki, Aİİ üzvü olan Ermənistanın yükləri gömrük sadələşdirilməsi ilə sərhəd məntəqələrindən daha sürətli və asan keçid əldə edir. Rusiya sərhədçi və gömrükçülərinin partlayıcı yüklənmiş maşına xüsusi diqqət etməməsi də onun Ermənistanda Gömrük İttifaqının tələblərinə uyğun yenidən sənədləşməsi olub.

Buna görə də hazırda Ermənistana güvən azalıb və bu ölkədən gələn yüklər tam ciddiyyətlə yoxlanır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Zelenski bir şərtlə atəşkəsə RAZILIQ VERƏCƏK
Çin Ukraynaya görə Moskvaya təzyiq edir: dünya savaşı qorxusu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Vətəndaşlardan pulemyot və    avtomatlar     götürüldü