Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75289
az

Binəli Yıldırım və Şamil Ayrımın son durumu açıqlanıb

08:1021 Oktyabr, 2022
243
SON DƏQİQƏ
  • A

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Ömər Çelik Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayaraq xəsarət alan AKP sədrinin müavini Binəli Yıldırım və hakim partiyanın İstanbuldan olan millət vəkili Şamil Ayrımın səhhəti ilə bağlı son məlumatı açıqlayıb.

Bu barədə  Oxu24.com  Türkiyə mətbuatına istinadən xəbər verir.

"Hörmətli Yıldırım və deputatımızın səhhəti yaxşıdır. Həkimlər bildirib ki, həyatları üçün təhlükə yoxdur. Ehtiyat tədbiri olaraq bir müddət Azərbaycanda qalacağıq. Türkiyədən təcili yardım təyyarəsi yola düşüb. Bir neçə saat sonra burada olacaq", - Ömər Çelik deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil dünən Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar. AKP sədrinin müavinləri - Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş mühəndis vəfat etdi
TƏCİLİ XƏBƏR! Helikopterdə olan şəxs zəng etdi
Rəisinin helikopteri tapılıb

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb