Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75271
az

"Düz bir il bundan əvvəl, bura boş sahə idi, heç nə yox idi"

20:5920 Oktyabr, 2022
164
CƏMİYYƏT
  • A

Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir.

OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan rayonunda "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı çərçivəsində baş tutan tədbirdə deyib.

"Bu gün Zəngilan rayonunun tarixində unudulmaz bir gündür. Qardaş ölkənin sayın Cümhurbaşqanı, qardaşım Rəcəb Tayyib Ərdoğan Zəngilana təşrif buyurub. Bu, bizim üçün böyük bayramdır, bütün Azərbaycan xalqı üçün böyük bayramdır.
Ətraflı
Ad - 00:15

Əziz qardaşımı və onunla bərabər Azərbaycana gəlmiş bütün türk bacı-qardaşlarımızı səmimiyyətlə salamlayıram, "Xoş gəlmisiniz!" deyirəm. Biz düz bir il bundan əvvəl, bax, burada idik, o zaman bura boş sahə idi, heç nə yox idi. Burada "Aqropark"ın təməlini qoyduq. Bu gün artıq burada görülən işlərlə tanış olarkən bir daha gördük ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və hər bir sahədə gözəl nəticələr verir.

Burada qeyd olundu ki, bu gün Zəngilan üçün xüsusi bir gündür. Düz iki il bundan əvvəl oktyabrın 20-də Zəngilan şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilmişdir. Zəngilanın 27 illik işğalı sona çatmışdır. Məhz bu gündə Zəngilanda olmağınız, əziz qardaşımla bərabər Zəngilan Hava Limanının və bu "Aqropark"ın açılışını etməyimiz, əlbəttə ki, xüsusi məna daşıyır. Bu "Aqropark"ın yaradılmasında əməyi olan hər bir kəsə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Burada qeyd olundu ki, bu, birinci özəl sərmayədir. Artıq bu "Aqropark"ın genişləndirilməsi və digər rayonlarda bu kimi aqroparkların yaradılması bu gün də müzakirə edilmişdir. Xeyirli olsun, uğurlu olsun!", - deyə dövlət başçısı qeyd edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO