Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Tural Turanın “...VƏ BÜTÜN QARANLIQ OTAQLAR” adlı (sayca beşinci ) yeni şeirlər kitabı işıq üzü görüb.
Kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb.
Sözügedən kitabın ön sözünü Azərbaycan ədəbiyyatının ünlü ismlərindən olan Rüstəm Behrudi yazıb. “...və bütün qaranlıq otaqlar”ın redaktoru Emil Rasimoğlu, məsləhətçisi Mətləb Mustafayev, korrektorları Türkanə Mustafazadə və Aysel Aslandır.
Kitab “Mono Group” Nəşriyyat-Poliqrafiya Mərkəzində çapdan çıxıb.Kitabın dizayneri Rafiq Ömərov, fotoqrafı Şahin Sərdarovdur. Oxu24.com
ŞƏRHLƏR