Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75249
az

Bakı apteklərində “Tetrasiklin” niyə tapılmır? - Nazirlikdən açıqlama

13:5520 Oktyabr, 2022
214
  • A

OXU24.COM  bildirir ki, bu barədə çoxsaylı şikayətlər daxil olub. Vətəndaşların sözlərinə gör, apteklərdə "Tetrasiklin"in yoxa çıxıb.

Xoşagəlməz vəziyyətlə qarşılaşan sakinlər bildirirlər ki, son 2-3 aydır Bakının mərkəzi və ətraf ərazilərindəki apteklərdə "Tetrasiklin"i tapmaq çətin işə çevrilib. .

Problemi araşdırmaq üçün sözügedən ərazilərdə fəaliyyət göstərən bir neçə aptekdə olduq.

Məlum oldu ki, son 2-3 aydır depolardan apteklərə "Tetrasiklin" gətirilmir. Əczaçılardan səbəbini soruşduqda isə onlara bu haqda xüsusi məlumatın verilmədiyini bildiriblər.

Ekspertlər "Tetrasiklin"nin satışının aradan qaldırılmasının səbəbini onun əvvəlki effektli təsirini itirməsi ilə əlaqələndirirlər.

Tibbi ekspert Rasif Bağırov açıqlaması zamanı sözügedən dərmanın müasir preparatlarla müqayisədə tərkibinin daha az təsirə malik olduğunu vurğulayıb:
Ətraflı

""Tetrasiklin" köhnə preparatdır. Bu səbəbdən də orqanizmə mənfi təsirləri çoxdur. Qaraciyərə pis təsir edir. Bağırsağın özündə "Entropiya" (Sistemin nizamsızlıq dərəcəsidir) yaradır. Yəni bağırsaqda xəstəlik olmadan da onun normal finksiyonallığını pozur. Ona görə çalışdığımız qədər köhnə preparatlardan uzaq dururuq. İndiki dövrdə elə dərmanlar var ki, onlarda "Tetrasiklin"in çatışmayan cəhətləri mövcuddur. Yəni qaraciyərə ziyanı, o cümlədən "Entropiya" kimi halların olmaması üçün müasir dövrdə istehsal edilən dərmanlardan istifadə edilir".

Bəzi əczaçılar "Tetrasiklin" ala bilməyən sakinləri əliboş yola salsalar da, bir çox apteklərdə alıcılara onun yerinə alternativ dərmanlar təklif edilir.

Yaranan problemlə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Rəsmi qurumun Analitik Ekspertiza Mərkəzinin Dərman və Tibb Vasitələrinin İdxal-İxrac şöbəsi problemi təkzib edərək, sonuncu dəfə bu dərmanların ölkəyə bu ayın 15-də gətirildiyini bildirib:

"AEM-in (Analitik Ekspertiza Mərkəzi) İdxal-ixrac şöbəsində məlumat araşdırılıb. Şöbədən idxal bazasına əsasən verilən məlumata görə, sözügedən dərman vasitəsi ilə əlaqədar problem olmamalıdır. Belə ki, "Tetrasiklin" dərman vasitəsinin idxalına son müraciət 15.10.2022-ci il tarixində olmuşdur. Ümumilikdə isə 01.01.2022-19.10.2022-ci il ərzində Tetrasiklin tablet-490821 qutu, Tetrasiklin məlhəm-544388 qutu idxal edilmişdir", - deyə Səhiyyə Nazirliyindən bildiriblib. 

Nazirliyin bizə verdiyi cavabdan sonra yenidən apteklərdə araşdırma apardıq. Əməkdaşlarımız paytaxtın müxtəlif ərazilərində (28 may metrosu, Mərkəzi Univermaq ətrafı ərazisi, Memar Əcəmi metrosu, Parlament prospekti, Nizami metrostansizyası ətrafı, Moskva prospekti, Binəqədi rayonu, Abşeron rayonu Masazır və Mehdiabad qəsəbələri) 10-dan çox aptekdə olublar. Araşdırmaların nəticəsi yenə də dəyişməz olaraq qaldı. Əməkdaşlarımızın müraciət etdikləri heç bir aptekdə "Tetrasiklin" preparatı satılmırdı. 

"Tetrasiklin"in ölkəmizə idxalında problem olmaması apteklərdə bu dərman çatışmazlığını aradan qaldırmır. Görünən isə odur ki, bu preparatı əldə etmək istəyənlər yenə də apteklərdən əliboş qayıdacaqlar ya da ki "Tetrasiklin"dən baha qiymətə təklif edilən alternativ dərmanları almaq məcburiyyətində qalacaqlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən qorunmağın 12 yolu
Balıq və limon birlikdə bişirilməlidir - səbəb
Toz şəklindəki dərmanlar niyə təhlükəlidir? - İçinə qatılanlar açıqlandı

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi