Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75226
az

Azərbaycanlılar İrəvanı ələ keçirəcək? - Erməni polisi

00:0920 Oktyabr, 2022
141
  • A



 

Ermənistana 150 min dollarlıq investisiya yatıran şəxsin vətəndaşlıq ala biləcəyi ilə bağlı qanun layihəsi ətrafında müzakirələr davam edir.

OXU24.COM  axar.az-a istinadən bildirir ki, Ermənistan Hesablama Palatasının sədri Nairi Sərkisyan bu qərardan istifadə edərək, azərbaycanlıların kütləvi surətdə vətəndaşlıq alacağı və Ermənistanda hakimiyyətə gələcəyindən "narahatlığını" bildirmişdi.

Bu mövzuda danışan Ermənistan Polisinin rəis müavini Ara Fidanyan deyib ki, vətəndaşlıq üçün yalnız 150 min dollarlıq investisiya deyil, başqa standartlar da tətbiq ediləcək:

"Bu, hələ ki, qanun layihəsidir. Daha ətraflı təfərrüat hökumətin qərarından sonra olacaq. Müəyyən etdiyimiz bütün mümkün riskləri aradan qaldırmağa çalışacağıq".

Jurnalistlərin "azərbaycanlılar və türklər qanunun qəbul olunacağı halda 150 min dollar investisiya yatıraraq, Ermənistan vətəndaşı ola bilərlər" istiqamətində sualına isə Fidanyan bu cür cavab verib:

"Birincisi, vətəndaşlığın verilməsi müəyyən şəxslər dairəsi ilə məhdudlaşacaq. Biz qanuna milli kimliklə bağlı məsələ sala bilmərik, ancaq bütün risklər mütləq öyrəniləcək.

O ki qaldı "Azərbaycan vətəndaşı", bu, nisbi anlayışdır. Bu məntiqlə Rusiya vətəndaşı da milliyyətcə azərbaycanlı ola bilər. Ona görə də biz təkcə vətəndaşlıq amilinə diqqət yetirmək fikrində deyilik".

Xatırladaq ki, ermənilərin bu qanun layihəsindən niyə bu qədər panikaya düşdüyü anlaşılmazdır. Azərbaycanlıların kütləvi surətdə Ermənistanın olmayan iqtisadiyyatına "investisiya" yatıracağı və yaxud bu dalan kvazidövlətin vətəndaşlığını almaq istəyinin şiddətli olduğunu bu xalqa kim deyib?

Amma bütün hallarda bu, azərbaycanlılara qarşı fobiya və yaxud nifrətdən doğmur; bu, ermənilərin genetik yaddaşıdır. Ermənilər hər zaman bizə ona görə nifrət ediblər ki, bizim torpaqlarımızda oturduqlarını bilirlər.

Yerin Sahibi Olanların bir gün mütləq geri qayıdacaqlarının da labüd olduğunu anlayıblar və buna görə canlarında əbədi qorxu var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb
Dörd bürc həftə sonu milyon qazanacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi