Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75217
az

Qızını öldürən ananın ŞOK İFADƏSİ  

22:1419 Oktyabr, 2022
330
  • A

Yanvarın 22-də (bu il) Ankarada Həmidə Çakmak adlı bir qadın polisə zəng edərək qızının intihar etdiyini və kəndirdən asılmış vəziyyətdə tapıldığını bildirib.

Polis dərhal hadisə yerinə yollanıb və istintaq zamanı məlum olub ki, qız özünü asmayıb, öldürülüb...

Musavat.com Türkiyə mediasına istinadən bildirir ki, istintaq zamanı Həmidə Çakmak etiraf edib ki, qızını özü öldürüb.

Məhkəmədə ana qızını öldürmə səbəbini bu cür açıqlayıb:

"Qızım Esma Nur Çakmakın bir ildir sevgilisi var idi. Ara-sıra evdən qaçırdı. Həmişə sevgilisi ilə qalmaq istədiyi üçün mənimlə dava edirdi. Hadisə günü də eyni hal yaşandı və onu başımdakı çalma ilə boğub öldürdüm”.

Hadisənin baş verdiyi günü qızın atası Yunus Çakmak bu cür xatırlayıb:
"Hadisə baş verən gün həyat yoldaşım ağlaya-ağlaya mənə zəng etdi, amma nə baş verdiyini demədi. Qızımın öldüyünü biləndə onun gerçəkdən də intihar etdiyini düşündüm. Yalnız polisə gəldiyim zaman öyrəndim ki, qızımı anası öldürüb.
Yunus Çakmak həyat yoldaşından şikayətçi olmadığını bildirib.
Məhkəmə hələ ki, ana ilə bağlı son qərarı verməyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi
Qumbara Bəhruzun əlində partlayıb- Yeni faktlar
Oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi