Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75213
az

İlqar Məmmədov Əli Kərimliyə  şok müraciət: Məlumatı Sizə kim ötürüb?

21:3119 Oktyabr, 2022
350
  • A

“AXCP sədri Əli Kərimlidən öyrənmək istəyirəm: Bazarertəsi oktyabrın 24-də Milli Məclisdə "Partiyalar haqqında" qanuna dair geniş dəyirmi masanın, təxirə salınmış həmin o dəyirmi masanın keçiriləcəyi haqda məlumatı hakimiyyət daxilindən Sizə kim ötürüb? Özü də, həmin məlumat bizə, yəni hakimiyyətlə dialoqda olan partiyaya hələ gəlib çatmamış!”.

Oxu24.com  xəbər verir ki, bunu ReAL partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb. O, Əli Kərimlini 24 oktyabrda Milli Məclisdə "Partiyalar haqqında" qanun layihəsinə dair ictimai dinləmənin keçiriləcəyi günə bilərəkdən mitinq planlaşdırmaqda ittiham edib:  

“Təcili olaraq o Bazarertəsinə mitinq təyin etmək və gündəmi sözügedən müzakirədən yayındırmaq ideyasını da məlumatı Sizə ötürən şəxs verib, yoxsa öz təşəbbüsünüzdür? Bu mövzuda özünə hörmət edən bir studiyada canlı efirdə ikitərəfli müzakirəyə də hazıram. Sizin hakimiyyətlə gizli dialoqunuz mənə REAL'ın hakimiyyətlə şəffaf dialoqundan hazırda daha maraqlı görünür”, - deyə İ.Məmmədov qeyd edib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan     ABŞ-yə     gedəcək
Fatih Birol “Dostluq” ordeni ilə      təltif      edildi
"Azərbaycanla ilk dövlətlərarası sənədimiz var"- Paşinyan

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi