Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.
Belə ki, "Mercedes-Benz" markalı minik avtomobili yolu keçmək istəyən piyada - 53 yaşlı Rəvanə İsrafil qızı Babayevanı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq dirəyə çırpılıb.
Piyada isə hadisə yerində dünyasını dəyişib.
R.Babayevanın meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib, sürücü isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR