Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75180
az

Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib

11:2019 Oktyabr, 2022
144
  • A

Son zamanlar müxtəlif bankların plastik kart sahiblərinə Azərbaycan Mərkəzi Bankının (AMB) “qaynar xətti”nin əməkdaşları adından telefon zəngləri edilərək, onların kartlarına müdaxilə risklərinin qarşısının alınması bəhanəsi ilə kart məlumatlarının istənilməsi hallarına rast gəlinir.

Oxu24.com  xəbər verir ki, bu barədə AMB-nin əhaliyə müraciətində bildirilir.

Qurum bəyan edib ki, onun əməkdaşları heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu etmir.

"Bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda 3-cü şəxslərə təqdim etməməlidirlər. Vətəndaşlardan bu kimi hallarla rastlaşdıqları təqdirdə dərhal öz banklarına müraciət etmələrini, habelə aidiyyəti dövlət qurumlarına məlumat vermələrini xahiş edirik", - deyə AMB-nin xəbərdarlığında qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

100 min ədəd yumurta oğurlandı
Pərvanə efirə qayıtdı - Bu kanalda veriliş aparacaq - VİDEO
Əhaliyə xəbərdarlıq edildi

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto