Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7518
az

Rusiyada dünya çempionunu öldürən azərbaycanlıya cəza istənildi

23:2329 Noyabr, 2018
637
DÜNYA
  • A
 Rusiyada pauerliftinq üzrə dünya və Avropa çempionu olan Andrey Draçevi qətlə yetirən Anar Allahverənova 19 il həbs cəzası istənilib.

Oxu24.com Gazeta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Draçevlər ailəsinin vəkili Yevgeni Şevtsov məlumat verib.

“Məhkəmə iclasında ittihamçı tərəf dinlənilib. Dövlət ittihamçısı 19 il azadlıqdan məhrum edilmə tələb edib. Müdafiə tərəfi mövqeyini növbəti iclasda çatdıracaq”, - hüquqşünas bildirib.


Xatırladaq ki, 20 avqust 2017-ci ildə Xabarovskda yerləşən kafelərin birinin qarşısında Draçovla təqsirləndirilən şəxs Anar Allahverənov arasında dava düşüb. İstintaq versiyasına görə, təqsirləndirilən şəxs zərərçəkənin baş və bədən nahiyəsinə azı 21 yumruq və təpik zərbəsi endirib.

Zərbələrdən sonra zərərçəkən aldığı travmalardan yerə yıxılıb və huşunu itirib. Təqsirləndirilən şəxs yerdə beliüstə uzanan zərərçəkənin baş nahiyəsinə daha beş zərbə endirib. Aldığı xəsarətlərdən idmançı xəstəxanada dünyasını dəyişib.

Məhkəmə hadisədən bir ay sonra polisə təslim olan A.Allahverənov barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. Məhkəmədə onun maraqlarını dörd vəkil müdafiə edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu