Həyat yoldaşı Eşqin Cəlilovdan boşandığı iddia olunan müğənni Aysun İsmayılovanın sosial şəbəkələrdə növbəti şərhi diqqət çəkib.
OXU24.COM olay-a istinadən yazır ki, o, prodüser Tarix Əliyevin "Ümid ilə gəl" verilişində səslənən fikirlərə münasibət bildirərək şiddət görməsi ilə bağlı iddiaların yayılmasına səbəb olub:
"Yaxşı kişi qadına əl qaldırmaz. Qadına gücü, kişiliyi döyərək yox, yaxşı saxlayaraq onu xoşbəxt edərək göstərirlər. O ki qaldı səhvə... Səhvi olanda bir şillə vurmaq olar nə deməkdi? Siz kişilərin səhvi olanda qadın nə etsin? İşin orasıdır, indi elə zəmanədəyik ki, səhvi olmadan ailəni saxlayan qadınlar da döyülüb-söyülür. Bu mövzu mənim yaralı yerimdir. Çox danışaram. Yaxşısı budur, mən susum. Qadına şiddətə yox!".
Oxu24.com
ŞƏRHLƏR