Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75161
az

Nikolun bu sözü deməsi və sərhədə ordu cəmləməsi..

22:5818 Oktyabr, 2022
255
  • A

Ermənistanın Azərbaycanla sərhəddə artilleriya və canlı qüvvə cəmləməsi haqda məlumatlar fonunda Nikol Paşinyanın Bakını "yeni hərbi təcavüzlə" ittiham etməsi təsadüfi deyil.

Nikol iddia edir ki, Azərbaycan sərhəddə "atəşkəsi pozur" və bu, yeni hərbi hücum üçün bəhanədir. Əlavə edir ki, atəşkəs rejimini saxlamaq və təhlükəsizliyi təmin etmək üçün beynəlxalq mexanizmlər lazımdır.

OXU24.COM axar.az-a istinadən bildirir ki, 12-13 sentyabr toqquşmasından sonra siyasi müstəvidə baş verənlər -Qərbin, xüsusilə Fransanın bölgəyə müdaxilə imkanlarının genişlənməsi, sərhədə "mülki missiya"nın gəlişi qərarı və s. - İrəvanın hədəfinin sərhədə "beynəlxalq müşahidəçi" adı altında Qərb qüvvələrinin gətirilməsi, bununla sərhədin müəyyən edilməsi də daxil olmaqla, bölgədəki vəziyyəti öz xeyrinə dəyişmək olduğunu təsdiqlədi. Praqada qərar qəbul edilsə də, Rusiyanın "mülki missiya"nın Ermənistan ərazisinə gəlişinə reaksiyası gözlənildiyi kimi sərt oldu və Putinin üçtərəfli formatda yeni görüş hazırlığı da deməyə əsas verir ki, Moskva təşəbbüsü yenidən ələ almağa çalışacaq.

Ermənistan Rusiyanın prosesə müdaxiləsinə qədər "beynəlxalq mexanizmlərin" yaradılmasını istəyir və erməni qoşunların sərhəddə cəmlənməsinə paralel olaraq, Paşinyanın Azərbaycanı "yeni təcavüzə hazırlaşmaqda" ittiham etməsi də İrəvanın növbəti hərbi kampaniyaya başlayacağı gözləntisini artırır. Təxribatların Moskvada mümkün görüşə qədər olacağı da istisna deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə Ordusuna AĞIR İTKİ
Rusiya İran dronları ilə kütləvi şəkildə Ukraynaya hücuma keçdi
Tarixi ŞANS YARANDI: İsrail İranın nüvə obyektlərini vura bilər

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto