Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75150
az

Bakıda iki yeni metrostansiyanın açılacağı vaxt bilindi - RƏSMİ

21:4418 Oktyabr, 2022
275
  • A

"Xocəsən" metro stansiyasında infrastrukturun qurulması, təchizat sistemlərinin qurulması istiqamətində son tamamlanma işləri gedir. Stansiya ilin sonuna qədər təhvil veriləcək. Bura həm stansiya, həm də elektrik deponun birinci mərhələsi daxildir".

Bu sözləri OXU24.COM-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O əlavə edib ki, bənövşəyi xəttin inkişaf mərhələsinə uyğun olaraq daha sonra elektrik deponun ikinci və üçüncü mərhələsi ilə bağlı inşaat işləri aparılacaq.

Qurum rəsmisi şərti adı B4 Bakının Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa olunan metro stansiyasından danışıb: "B4 stansiyasında inşa işləri gedir. Birinci və ikinci səviyyədə geoloji məsələrlə bağlı ciddi problemlər olmayıb. Hazırda üçüncü səviyyədə qurunt işləri gedir və tikinti planlaşıdırlmış axarı ilə davam edir. Dördüncü səviyyədə işlər yekunlaşdıqdan sonra təhvillə bağlı açıqlama ediləcək. Gələn ilin sonuna qədər qurunt məsələləri ilə bağlı işlərin yekunlaşacağı gözlənilir.

Bənövşəyi xəttin özü yeraltı 12 stansiyadan ibarət olacaq. B4-dən sonra digər stansiyaların da mərhələli şəkildə inşası həyata keçiriləcək".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti
Ləzzətli kartof püresi necə hazırlanır? – resept
Qırx yaşdan sonra bu vitamini mütləq qəbul edin

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi