Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75144
az

Yanvarın 1-dən pensiyalar nə qədər artacaq?- RƏSMİ AÇIQLAMA

19:3418 Oktyabr, 2022
432
  • A

Əmək pensiyalarının indeksləşdirilməsində yol verilən ayrı-seçkilik aradan qaldırılır. Bu, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişikliklər sayəsində mümkün olacaq.

Oxu24.com  xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova "Xəzər Xəbər"ə deyib ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində vahid qaydada indeksasiya edilərək artırılacaq.

Digər bir dəyişiklik isə Prezidentin ötənilki sərəncamı ilə pensiyalara 200 manatlıq əlavələrin də ümumi pensiya məbləğinə daxil edilərək birgə indeksasiya olunub artırılması ilə bağlıdır.

Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əmək haqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əmək haqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək.

Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əmək haqqının artım fazinə görə indeksləşdiriləcək.

Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əmək haqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.

 

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

100 min ədəd yumurta oğurlandı
Pərvanə efirə qayıtdı - Bu kanalda veriliş aparacaq - VİDEO
Əhaliyə xəbərdarlıq edildi

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto