“Məşhur hökumət fondu Ermənistan vətəndaşının pasportunu hətta türkə və azərbaycanlıya da “sata” bilər”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan öz “Facebook” səhifəsində yazıb.
““Bu gün bir çox insanlar Ermənistan vətəndaşlığını almaq hüququnu əldə etmək üçün sadələşdirilmiş proseduru nəzərdə tutan düzəlişlər layihəsinə artıq müraciət ediblər. 150 min ABŞ dolları yatırmaqla hər kəsin (layihəyə görə, milli ayrı-seçkilik olmadan) Ermənistan vətəndaşlığını ala biləcəyi çoxlarını qəzəbləndirmişdi.
Milli, etnik ayrı-seçkilik olmadan - türk, azərbaycanlı, pakistanlı... Təklifə əsasən, hansısa biznes planına 150 min dollar sərmayə qoyacaq şəxslər Ermənistan vətəndaşının pasportunu - seçmək, mülk və torpaq almaq, Ermənistanın gələcəyinə qərar vermək hüququ alacaq”, - deyə o qeyd edib.
TƏCİLİ! Rusiya bu qadağanı ləğv edir
Oxu24.com
ŞƏRHLƏR