Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75086
az

Azərbaycanda dəhşətli hadisə: Ölən və yaralılar var

19:0817 Oktyabr, 2022
347
SON DƏQİQƏ
  • A

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu24.com-un  xəbərinə görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. Hadisə zamanı "Mercedes", "Daewoo Nexia" və "Opel" markalı minik maşınları toqquşub. 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, 3 avtomobilin toqquşması nəticəsində rayonun Kürəkçay qəsəbə sakini 1967-ci il təvəllüdlü Mayis Bağırov ölüb.

Kürəkçay qəsəbə sakinləri - 1939-cu il təvəllüdlü Oruc Orucov, 1950-ci il təvəllüdlü Sahibə Orucova, 1962-ci il təvəllüdlü Ceyhun Əhmədov, 1963-cü il təvəllüdlü Xumar Əhmədova və 2017-ci il təvəllüdlü Dəniz Əhmədova isə xəsarət alıblar.

Xəsarət alanların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. 

FHN-dən APA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Goranboy rayonunun Veyisli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Daewoo” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində zədələnmiş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Aytənin əri görün kim imiş - FOTOLAR

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək